"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul olundu

10 Sentyabr 2015 - 18:47
in XƏBƏR LENTİ

Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul olundu

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qətnamədə siyasi məhbusların azad olunmasına çağırışlar yer alır; ekspertlər hesab edirlər ki, qətnamə seçkiöncəsi ölkə iqtidarına təzyiqdir

Qabil Hüseynli: “Ocağın üstünə benzin tökməyin nə mənası var?

 
Sentyabrın 10-da Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatıb. Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib. Səsverməyə qatılan 365 nəfərin 202-si Azərbaycanın əleyhinə olan qətnaməyə səs verib.
Qətnamədə Azərbaycanda repressiyaların miqyasının artdığı, həbs olunan jurnalistlərin və hüquq müdafiəçilərinin sayının çoxaldığı bildirilir. Onların dərhal və qeyri şərtsiz azad olunmasına çağırış yer alır.
Sənəd həmçinin Avropa Komissiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
Qəbul olunmuş qətnamənin layihəsini Avropa Parlamentinə liberal-demokratlardan ibarət fraksiya (ALDE qrup) hazırlayıb. Son anda sənəd AP-dəki bütün fraksiyalar adından müzakirəyə təqdim edilib.
Qətnamə layihəsinin mətni sentyabrın 10-da Avropa Parlamentinin saytında yerləşdirilmişdi. Layihənin müəllifləri qeyd edirdilər ki, sənədi hazırlayarkən Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair əvvəlki qətnamələrini; Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası və s. qurumların rəhbərlərinin bu ölkədəki repressiyalarla bağlı son dövrlərdə verdikləri bəyanatları; həmçinin Leyla və Arif Yunuslar, Xədicə İsmayılovanın barəsindəki hökmə bağlı beynəlxalq rəyləri; Avropa İttifaqı ilə Azərbaycan arasında 1999-cu ildən qüvvəyə minmiş münasibətləri, o cümlədən Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində əməkdaşlığı nəzərə alıblar.
Qətnamənin 17-ci bəndində deyilirdi ki, Avropa Parlamenti Avropa İttifaqı Şurasını Azərbaycanda insan haqlarının pozulmasına görə, məsuliyyət daşıyan şəxslərə qarşı ünvanlı sanksiyaların mümkünlüyü məsələsinə baxmağa çağırmalıdır.
18-ci bənddə vurğulanırdı ki, Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT-in Bakı ofisinin qapadılmasına dair qərarını ləğv etməyə və bu təşkilatla tam əməkdaşlığa çağırmalıdır.
Qətnamə layihəsinin müəllifləri 21-ci bənddə bəyan edirdilər ki, Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət İdarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırmalıdır. Çünki ölkə hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki mühitinin legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq.
Bəzi ekspertlər hesab edir ki, bu qətnamə və indiyə qədər verilən bəyanatlar seçkilər öncəsi Azərbaycan hakimiyyətinə edilən təzyiq vasitələrindən biridir.
Sentyabrın 8-də BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn bəyanat yayaraq, Azərbaycanda vətəndaş cəmiyyətinin və fikir azadlığının təqib olunduğunu bildirmişdi. Günlər öncə isə, Dövlət Departamentinin dünyadakı qadın məhbuslarla bağlı məlum siyahısı və çağırışı qətnamənin qəbul ediləcəyi anlamına gəlirdi. Heç şübhəsiz ki, qəbul edilən qətnamə Azərbaycanla Qərb arasında soyuq olan münasibətləri daha da kəskinləşdirəcək.
 
Politoloq Qabil Hüseynli hesab edir ki, seçkilər öncəsi sabitliyi pozmaq istəyən qüvvələr var: “Seçki öncəsi Azərbaycanda etirazları qızışdırmaq, Azərbaycandaxili sabitliyi pozmaq istəyən qüvvələr var. İndiyə qədər bir sıra bəyanatlar verdilər, fikirlərini çatdırdılar. Hətta Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələdilər. Yenidən ocağın üstünə benzin tökməyin nə mənası var? Bəyanatlar, Avropa Parlamentinin çıxarılan qərarları ölkə iqtidarı tərəfindən qəsdən qəbul edilən qərarlar kimi təqdim. Azərbaycan iqtidarı ilə bu dildə danışmaq olmaz. Diplomatik səviyyələrdə dialoq qurub, problemlərin həll yollarını axtarmaq lazımdır. Gah Parlamentdə, gah Dövlət Departamentində, gah da Avropa Şurasında bu məsələləri müzakirəyə çıxarmaqla, meydan daha da qızışdırılır. Nəticədə həbsdə olan insanlar da əziyyət çəkirlər. Onları həbsdən çıxarmaq üçün bu yolların perspektivsiz olduğu ortaya çıxır. Avropa Parlamentində bu məsələləri müzakirə etməkdənsə, ABŞ-ın Suriya, İraq və digər yerlərdə törətdiyi qırğınlar nəticəsində həyatını itirən yüz minlərlə insandan danışmaq daha yaxşı olardı. Bu mövzu daha aktualdır. Təbii ki, Azərbaycanla bağlı da nələrisə söyləmək olar”.
Q.Hüseynli xarici siyasi qurumların artıq qırmızı xətti keçdiyini də qeyd etdi: “ Onlar qırmızı xətti keçərək, sanki Azərbaycan iqtidarını yoldan çıxarıb, əsəbləşdirmək istəyirlər. Bu yolu qəbul etməkdə çətinlik çəkirəm. Bu təzyiqlər şifahidir. Avropa Azərbaycan üçün elə də ciddi işlər görmür. Azərbaycan onların etdiyi təzyiqlərə əhəmiyyət vermir, öz işini görür. Ölkənin idarə edilməsi sahəsində uğurlu addımlar atılır. Seçkilərlə bağlı təbii ki, müəyyən fikirlər səslənəcək, nöqsanlar göstəriləcək. Amma Azərbaycan hər beş ildən bir bu cür seçkilər keçirir. Həmişə onlar deyirdilər ki, bu seçki demokratiya yolunda bir addım irəlidir. Azərbaycanın üzərinə bu cür gəlmək çətin anlaşılır”.
Politoloq bu cür bəyanatların verəcəyi nəticələrdən də söz açdı: “Münasibətlər əlbəttə kəskinləşəcək. Onsuzda əvvəllər də münasibətlər səmimi deyildi. Avropa Birliyi Azərbaycana səmimi münasibət bəsləmir. Əlaqələrin normal olması arzuediləndir. Ancaq onlar bu münasibətləri pozmaq istəyirlərsə, özləri də əziyyət çəkə bilərlər. Çünki, Azərbaycan Avropa ölkələrinin  əsas enerji ixracatçısıdır. Onlar qaz, neft üçün gözlərini Azərbaycana tutublar. Bundan da maksimum yararlanırlar”.
 
Q.Hüseynli seçkilərin ərəfəsində bu cür qərarların siyasi məhbuslar üçün olacaq nəticələri barədə bunları dedi: “Təzyiqlər, diktə yolu ilə bu məsələnin həllini görmürəm. Mən də istəyirəm ki, bu problemlər həll olunsun. Bunun üçün mütləq diplomatik danışıqlar gərəkdir. Bəyanatlar sonsuza qədər uzana bilər. Nəticə də olmaya bilər. Nəticəli diplomatik xəttin seçilməsinin tərəfdarıyam. Təzyiqlə məsələnin çözülməsini mümkünsüz görürəm”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyənin daxili işlər naziri: “Cizrədə 32 terrorçu məhv edilib”

Next Post

“Transgate”in bütün marşrut avtobusları xətdən çıxarılıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Transgate"in bütün marşrut avtobusları xətdən çıxarılıb

Fərari diplomatların komandiri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.