Rusiya qoşunları güclü artilleriya və bombalar sayəsində Ukrayna Silahlı Qüvvələrinin mövqelərini darmadağın edir.
Elchi.az xəbər verir ki, Rusiya ordusunun Ukrayna ordusu qarşısında iki əsas üstünlüyü Avstriya Silahlı Qüvvələrinin polkovniki Markus Raysner ‘‘ntv‘‘ telekanalına müsahibəsində qeyd edib.
“Rusiyanın iki üstünlüyü var. Birincisi, artilleriyada artan üstünlük. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Aleksandr Sırski altı qat üstünlükdən danışıb. İkincisi, onlar xüsusi sürüşmə bombalarından istifadə edirlər”, – deyə Avropa ordusu bildirib.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının belə təzyiq altında uzun müddət dayana bilməyəcəyi ehtimalı azdır.
Havar Şəfiyeva






