"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa Şurasından Ermənistana növbəti zərbə

02 Oktyabr 2014 - 15:31
in Banner, GÜNDƏM, SİYASƏT

Azərbaycanın işğal altındakı ərazilərinin qeyd-şərtsiz boşaldılmasını tələb edən qətnamələrdən avropa-parlamentibirini də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qəbul edib. Əfsuslar olsun ki, digər mötəbər beynəlxalq təşkilatların müvafiq sənədləri kimi, bu qətnamə də kağız üzərində qalmaqdadır. Ona görə ki, belə sənədlərin ardınca praktik addımlar özünü göstərməyib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 

Musavat.com xəbər verir ki, digər yandan, Ermənistanın arxasında Rusiya kimi başqa bir təcavüzkar dövlətin dayanması də sanksiyalar məsələsini qəlizə salıb. Təbii ki, başqa amillər (xristian təəssübkeşliyi, erməni lobbisinin fəaliyyəti və s.) də var.

 

Bununla belə, AŞ PA Qarabağ nizamlanması yönündə əlahiddə kövrək səylərini davam etdirir. Ötən gün AŞ PA-nın payız sessiyası çərçivəsində qurumun Siyasi İşlər və Demokratiya Komitəsinin toplantısı keçirilib. APA-nın xəbərinə görə, toplantıda “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın hazırlanması ətrafında müzakirələr aparılıb və bu məsələ üzrə Böyük Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin edilib.

 

Müzakirələrdə iştirak edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov açıqlamasında bildirib ki, iclasda onun təqdim etdiyi qətnamə layihəsi ilə bağlı AŞ PA Bürosunun 2 sentyabr tarixində qəbul edilmiş və 29 sentyabr tarixində plenar iclasda təsdiqlənmiş qərarı əsasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üçün məruzəçi təyin olunub: “Məruzəçi Robert Valter oldu. Səsvermədə Robert Valter 35 səslə AŞ PA-nın keçmiş sədri, fransalı deputat Jan-Klod Minyonu 3 səslə üstələdi. Ermənistan hakimiyyəti, AŞ PA-dakı ermənipərəst qruplaşmalar, dünyanın aparıcı güc mərkəzlərindəki ermənipərəst qüvvələr Ermənistanın işğalçılıq siyasətini ifşa edən, bu işğalçı dövlətə qarşı sanksiyaların tətbiqini tələb edən hər hansı sənədin nəinki qəbulunun, hətta hazırlanmasının qarşısını almaq üçün bütün imkanlarını səfərbər ediblər. Lakin biz ümid edirik ki, yeni təyin edilmiş məruzəçi təzyiqlərə baxmayaraq, obyektiv məruzə hazırlayacaq, Ermənistanın işğalçı dövlət olduğunu və işğal etdiyi ərazilərdə mülki əhaliyə qarşı kütləvi şəkildə cinayətlər törətdiyini bir daha dünya ictimaiyyətinə çatdıracaq, məruzənin qətnamə hissəsində ilk dəfə olaraq işğalçı Ermənistana qarşı konkret sanksiyaların tətbiqini tələb edəcək”.

 

Sözügedən məruzənin hazırlanması haqqında qərar AŞ PA-nın payız sessiyasının bu həftənin birinci günü keçirilmiş plenar iclasında qəbul olunub və bu tapşırıq aidiyyəti üzrə Siyasi Məsələlər Komitəsinə göndərilib. Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri və onları dəstəkləyən digər deputatlar bu təklifə qarşı çıxaraq, məsələnin qurumun Monitorinq Komitəsinə ötürülməsini istəsələr də, plenar iclasdakı səsvermələrdə assambleya iştirakçıları onların bu tələbini qəbul etməyiblər.

 

Dünən isə Siyasi məsələlər üzrə komitənin iclasında müzakirələr iki əsas məsələ – hesabatın adının dəyişdirilməsi və kimin məruzəçi təyin ediləcəyi ətrafında aparılıb. Ermənistan nümayəndə heyətinin üzvləri hər vəchlə hesabatın adının dəyişdirilməsinə çalışıblar. Toplantıda çıxış edən erməni deputatlar məruzənin bu adda qalacağı və məruzəçinin təyin ediləcəyi təqdirdə, Ermənistanın bu məsələdə AŞ PA və onun məruzəçisi ilə əməkdaşlıq etməyəcəklərini bildiriblər. Lakin səsvermələrdə məruzənin adı dəyişilməyərək olduğu kimi, yəni “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” kimi qalıb.

 

Göründüyü kimi, ermənilərin həm Dağlıq Qarabağı müstəqil qurum kimi sənədə salmaq, həm də özlərinə sərfəli məruzəçi təyin etdirmək səyləri fiasko olub. Azərbaycan məsələni bundan sonra da ciddi nəzarət altında saxlaya bilsə, işğal altındakı ərazilər haqda yekun məruzə erməni tərəfinin mövqeyinə daha bir zərbə vura bilər.

 

Təsadüfi deyil ki, bu qərar düşmən tərəfdə narahatlıqla qarşılanıb. Məsələn, Ermənistanın birinci ombudsmanı Larisa Alalhverdiyan sənədin qəbulunu şərh edərkən bildirib ki, bu cür məsələlərdə erməni tərəfi Azərbaycan nümayəndələri tərəfindən hansısa təşəbbüskarlığı gözləmədən özü qabağa düşüb fəallıq göstərməli, təşəbbüskar özü olmalıdır.

 

Onun sözlərinə görə, erməni parlament diplomatiyası təşəbbüskar olmalıdır: “Demirəm ki, böyük fəallıq göstərəcəyimiz təqdirdə dərhal nəticələrə nail olacağıq, ancaq bir şey birmənalıdır: fəallığın indiki səviyyəsi düşdüyümüz vəziyyətə uyğun deyil…”

 

Erməni ombudsman daha sonra deyib: “Belə bir məruzənin qəbulu Dağlıq Qarabağ ərazisinə nümayəndə heyətinin səfəri deməkdir. Bu nümayəndə heyəti təhqiqat aparacaq, bu yaxınlarda azərbaycanlı “diversantlar”la bağlı hadisəni isə belə təqdim edəcək ki, guya “onlar öz ölkələrinə məxsus ərazilərə gəzməyə çıxıb və bu zaman onlara separatçılar, müqavimət göstərərkən isə hər iki tərəfdən adamlar ölüb”. Bu siyasi diversiyadır və məqsəd də birdir: bir daha dünyaya göstərmək ki, Azərbaycan vətəndaşları bu ərazilərdə sərbəst gəzmək hüququna malikdirlər, ancaq onlara bunu, Azərbaycanın təbirincə desək, qanunsuz hökumət qadağan edir”.

 

Nə əlavə eləmək qalır? Əlbəttə ki, dil çaşıb sözün düzünü deyər. Türk kökənli soyad daşıyan Allahverdiyan da istisna deyil. Bir daha aydın olur ki, dünya ictimaiyyətinin Qarabağ haqda həqiqətləri bilməsi üçün ermənilərin yalanını “mənfi 1”-ə vurması yetər. O saat hər şey yerbəyer olacaq.

– See more at: http://axar.az/news/30996#sthash.m7zR71im.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşüb

Next Post

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa başlayır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Next Post

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa başlayır

Dünyada ilk iyirmilikdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.