Avropa ölkələri ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qələbəsinin Ukrayna üçün ən pis ssenari ilə nəticələnə biləcəyindən narahatdırlar.
Elchi.az xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti Avropa İttifaqının (Aİ) təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Avropa qeyd edir ki, ABŞ-da gedən prezident seçkiləri “onlara çox da ümid vermir” və xüsusilə çətin məsələ Ukraynaya davamlı dəstəkdir.
“Biz ən yaxşısına ümid etməliyik, amma ən pisinə hazırlaşmalıyıq”, – deyən mənbə, ən pis ssenarinin ABŞ-ın Kiyevə yardımının dayandırılmasını ehtiva etdiyini açıqlayıb.
Məqalədə Avropa İttifaqı ölkələrinin hakimiyyət orqanlarının Trampın mümkün qələbəsinə hazırlaşdığı da bildirilir. Onlar NATO-nu tamamlayan və ya ona alternativ kimi xidmət edə biləcək strukturların yaradılmasını müzakirə etməyə başladılar.
Nuranə Məmmədova






