Ukraynada münaqişə ABŞ-ın onu dayandırmaq istəməməsi səbəbindən bu günə qədər davam edir. Elchi.az xəbər verir ki, bunu Avropa Parlamentinin İrlandiyadan olan üzvü Mik Uolles sosial şəbəkədə bildirib.
Siyasətçinin izah etdiyi kimi, Qəzza zolağı ətrafında İsrail və Fələstin arasında gərginlik başlayandan bəri AP Strasburqda dörd plenar iclas keçirib, lakin indiyədək bu məsələ ilə bağlı heç bir qətnamə hazırlanmayıb.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikallar İsrailə hücum edərək, onun ərazisinə raket zərbələri endiriblər. Bu hərəkətlərə cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını elan edib.
Havar Şəfiyeva






