Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təxminən 2 000 ABŞ dolları səviyyəsində qərarlaşıb.
22 dekabr tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 934,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 106,2 dollar) ilə müqayisədə 8,2% azdır.
Xatırladaq ki, dekabrın 22-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.





