Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 400 ABŞ dollarınadək yüksəlib.
24 fevral tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) fevral fyuçerslərinin qiyməti 1 389,7 dollar təşkil edib, bu da öncəki hesablama qiymətindən 35% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.






