Havaların isti keçməsi fonunda mavi yanacağın qiyməti aşağı salınıb.
Elchi.az xəbər verir ki, 16 yanvar 2023-cü il bazar ertəsi ticarət zamanı Avropada qazın qiyməti min kubmetr üçün 650 dollardan aşağı düşüb. Londonda yerləşən ICE birjasının məlumatına görə, bu, 2021-ci ilin sentyabrından bəri ilk dəfə baş verib.
Günün əvvəlindən qiymət azalması 11%-i keçib. Hollandiyanın TTF qovşağında fevral fyuçerslərinin dəyəri min kubmetr üçün 645 dollara qədər azalıb.
Avropada isti hava şəraitində qaz qiymətləri aşağı düşür. Dekabrda Aİ ölkələrinin əksəriyyətində orta hava temperaturu iqlim göstəricilərindən yüksək olaraq qalıb. Bu, nəinki anbarlardan qaz çəkilişinin azalmasına, həm də onlara vurulan qazın həcminin rekord həddə qədər artmasına səbəb olub.
Şayəstə





