Avropada qazın qiyməti 20 may 2021-ci ildən bəri ilk dəfə olaraq min kubmetr üçün 300 dollardan aşağı düşüb.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bunu “ICE London Fond” Birjasının məlumatları sübut edir.
Beləliklə, Hollandiyadakı TTF qovşağında iyun fyuçerslərinin dəyəri min kubmetr üçün 297,06 dollara və ya MVt/saat üçün 26,8 avroya düşüb. Günün əvvəlindən yanacağın qiyməti 3,5 faiz ucuzlaşıb.
Avropada qazın qiyməti qaz anbarlarının yüksək doldurulması, isti keçən qış və mayeləşdirilmiş təbii qaz idxalının artması fonunda ucuzlaşır.
Anbarın doluluğu hazırda 66,5 faiz təşkil edir ki, bu da indiyədək ikinci ən yüksək göstəricidir.
Yeganə




