Avropada qazın qiyməti 2021-ci ildən bəri ilk dəfə hərracda 5%-dən çox ucuzlaşaraq min kubmetr üçün 550 dollardan aşağı düşüb.
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, TTF indeksi (Niderlandda yerləşən Avropanın ən böyük mərkəzi-red.) üzrə mart fyuçersləri min kubmetr üçün 566,3 dollar (-1,6%) səviyyəsində olub.
Qeyd edək ki, birja qiymətləri 2022-ci ilin sonundan bəri davamlı eniş nümayiş etdirir. Ekspertlər bildirirlər ki, Avropa birjasında qazın qiyməti havaların isti keçməsi və güclü külək (külək stansiyaları elektrik enerjisi istehsalını artırıb – red.), eləcə də AB-nin yeraltı qaz anbarlarında kifayət qədər qaz ehtiyatı səbəbindən ucuzlaşır.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...






