Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti dünən qeydə alınan rekordu yeniləyib.
Elchi.az-ın məlumatına görə, 3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 2 267 dollar təşkil edib, bu da gün ərzində 14,7%-lik artım deməkdir.
Qeyd edək ki, 2 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 226 dollaradək yüksəlib.
***
12:06
Bu gün keçirilən hərracların zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 2 000 ABŞ dollarını ötüb.
Elchi.az-ın məlumatına görə, 3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 2 054,5 dollar təşkil edib, bu da öncəki hesablama göstəricisi (1 900 dollar) ilə müqayisədə 8,1% çoxdur.
***
09:41
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
Elchi.az məlumatına görə, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 1 997 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 43% çoxdur.
Qeyd edək ki, 2 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 226 dollaradək yüksəlib.






