Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqların aparılması böyük vaxt itkisidir.
Axar.az xəbər verir ki, bunu “Kuryer” qəzetinə açıqlamasında Avstriya prezidentliyinə namizəd Aleksandr Van der Bellen söyləyib. Onun sözlərinə görə, Türkiyə yaxın zamanlarda AB üzvü olmayacaq:
“Mənim prezidentliyim dövründə Türkiyə qətiyyən AB-yə buraxılmayacaq. Türkiyə bundan sonra da, sadəcə, bizim qonşumuz olacaq”.
Qeyd edək ki, Avstriyada prezident seçkisinin növbəti mərhələsi 2 oktyabrda baş tutacaq. Yaşıllar Partiyasından prezidentliyə namizəd olan Aleksandr Van der Bellen ilk mərhələdə çox kiçik fərqlə qələbə qazansa da, sonradan bu nəticələr Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.




