İsrail və Fələstin qrupları arasında münaqişələr davam edərkən, Avropa ölkələri heç bir məhdudiyyət olmadan İsrailyönlü etirazlara icazə verir və Fələstinlə həmrəylik nümayişlərinə müxtəlif qadağalar qoyur.
Elchi.az xəbər verir ki, Fransa və Almaniyada Fələstinlə həmrəylik nümayişlərinə “ictimai asayiş və təhlükəsizliyə təhdid yaratdığı” əsası ilə icazə verilməyəcəyi, Hollandiyada isə Həmas tərəfdarı nümayişlərə müdaxilə ediləcəyi açıqlanıb. Britaniyanın daxili işlər naziri Suella Braverman da ölkədəki bəzi vəziyyətlərdə “Fələstin bayrağının dalğalanmasının qanuni olmaya biləcəyini” açıqlayıb.
Digər tərəfdən, İsrailyönlü nümayişlərə heç bir məhdudiyyət və qadağalar olmasa da, hökumət rəsmiləri bu nümayişlərə şəxsən qatılaraq dəstəklərini açıq şəkildə nümayiş etdirirlər.
Avropada Fələstinə dəstək verən qeyri-hökumət təşkilatları və insan haqları təşkilatları hökumətlərin qadağa qərarlarını “ifadə və nümayiş azadlığına ciddi hücum” kimi qiymətləndirir və bunu anti-Fələstin təzyiqinin artması kimi şərh edir.
Şayəstə Hüseynova




