Türkiyədən Avropa ölkələrinə qeyri-qanuni yolla keçmək istəyən 116 nəfər tutulub.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, yanvar ayında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı, ümumilikdə 301 nəfər saxlanılıb, onlardan 116 nəfəri barəsində həbs qərarı çıxarılıb.
Həbs olunanalar arasında 5 Suriya, 4 İraq, 2 Bolqarıstan, Pakistan, Fələstin və Əl-Cəzair vətəndaşı var.
Tutulanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir. Onların sayı dəqiq açıqlanmır.
Rəsmi məlumata görə, son 5 ildə Türkiyə sərhədlərini pozaraq Avropaya getmək istəyən 10-dan çox azərbaycanlı tutulub.




