Avstraliya Avropa istehsalı olan 47 “NHI/Airbus Taipan” çoxməqsədli döyüş helikopterlərini 52 “Amerika Black Hawk” və “Seahawk” helikopterləri ilə əvəz edəcək.
Elchi.az xəbər verir ki, bunu Baş nazir Skott Morrison deyib.
“Taipan” helikopterləri tələblərə cavab vermir. Biz istəyirik ki, müdafiə qüvvələrimiz ən yaxşı texnikaya malik olsun. “Black Hawk” bunu təmin edəcək”, – hökumət başçısı bildirib.





