Avstraliya İŞİD-lə mübarizə aparmaq üçün İraqa xüsusi təyinatlı qoşunlarını göndərəcək.
Axar.az Röyters agentliyinə istinadən xəbər verir ki, bu barədə Bağdadda Avstraliyanın Xarici İşlər naziri Culiya Bişol deyib.
Bişol Bağdadda keçirdiyi görüşlərlə bağlı bildirib:
“Biz prinsipial razılaşmaya nail olduq. İndi bizim hərbçilərimizin İraqa gəlmək məsələsini gündəmdə saxlayacağıq. Nə qədər ordu göndərəcəyimizi dəqiqləşdirəcəyik. Ancaq xüsusi təyinatlıların döyüşlərdə iştirakı nəzərdə tutulmayıb”.
Bişol qeyd edib ki, Avstraliya İraqa quru qoşunları göndərmək niyyətində deyil, amma hərbi əməliyyatlarda bilavasitə iştirak edəcək.



