Yerli xalqın konstitusiyada tanınmasını və Parlamentdə daha çox söz sahibi olmasını hədəfləyən “Parlamentdə yerlilərin səsi” referendum təklifi Senatdan keçdi.
Elchi.az xəbər verir ki, Avstraliya Parlamentinin yuxarı palatasında 19 əleyhinə 52 səslə referendumun 6 ay ərzində keçirilməsinə qərar verilib.
Yerli Əhalinin İşləri Naziri Linda Burney jurnalistlərə bildirib ki, Senatda səsvermə referenduma gedən yolda “son maneə” olub.
“Siyasi debat bu gün başa çatır. İndi biz Native Voice-un nə olduğu, nə üçün lazım olduğu və onun həyatımızda necə bir dəyişiklik yarada biləcəyi barədə ictimaiyyətlə fərqli söhbətə başlaya bilərik” Burney deyib.
Yerli senator Jacinta Nampijinpa Price də “Parlamentdə yerlilərin səsi” referendumunun ölkəni daha da parçalayacağını müdafiə edərək, referendumun “hə” olduğu təqdirdə, irqi olaraq “əbədi bölünəcəklərini” söylədi.
Beləliklə, Senatın qəbul etdiyi referendum təklifi ilə bu, Avstraliyada 1999-cu ildən bəri ilk referendum olacaq.
Şayəstə Hüseynova




