Moskva bunu açıq danışıqlara qəsdən mane olmaq kimi qiymətləndirib.
Avstriyaya BMT-nin iclasına gedən Rusiya nümayəndə heyətinin bir çox üzvü Vyanadan viza almamış və konqresdə iştirak edə bilməyib. Moskva bildirib ki, bu cür davranış açıq danışıqlara qəsdən mane olmağın əlamətidir.
Elchi.az xəbər verir ki, bu barədə Vyanadakı Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Ernest Çernuxin məlumat verib.
Belə ki, Rusiya Baş Prokurorluğu, İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi kimi idarələrin nümayəndələri BMT-nin informasiya texnologiyalarından istifadə ilə mübarizə üzrə konvensiyanın hazırlanması üzrə xüsusi komitəsinin iclasında iştirak etməyiblər.
“Rusiya Avstriya hakimiyyətinin hərəkətlərini qətiyyətlə pisləyir və vizaların verilməməsi ilə əlaqədar Avstriya Respublikasına etiraz edir”, – Çernuxin bildirib.
Avstriya öz hərəkətləri ilə BMT-nin mənzil-qərargahına ev sahibliyi edən və xüsusi komitənin iclasını təşkil edən ölkə kimi üzərinə götürdüyü öhdəlikləri pozub.
Şayəstə





