Avstriyanın baş naziri Nehammer və Bolqarıstanın baş naziri Denkov Vyanada görüşüblər.
Elchi.az xəbər verir ki, Bolqarıstan Xəbər Agentliyinin (BTA) verdiyi məlumata görə , görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Nehammer, “Şengen zonası düzəldilməlidir. Düzəltməyənə qədər onu genişləndirə bilmərik,- deyib.
Sözügedən rəftarın Bolqarıstan və Rumıniya ilə heç bir əlaqəsi olmadığını vurğulayan Nehammer, “Şengen bölgəsi məqsədinə uyğun fəaliyyət göstərmədiyi üçün bu mərhələdə genişlənməsi düşünülə bilməz”-deyib.
Avstriyanın sərhədlərini qorumaq üçün Bolqarıstan kimi güclü tərəfdaşa ehtiyacı olduğunu qeyd edən Nehammer, Sofiyaya daha çox maliyyə dəstəyi verilməsi lazım olduğunu ifadə edib.
Fələstin-İsrail münaqişəsinə toxunan Nehammer İsrailə dəstəyini bir daha təkrarlayıb və çərşənbə günü Çexiyanın baş naziri Petr Fiala ilə birlikdə İsrailə gedəcəyini açıqlayıb.
Nuranə Məmmədova






