"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avtobusa dal qapıdan minməyə çalışanlar, sürücü ilə dalaşanlar… – Yeni avtobuslardan REPORTAJ – FOTOLAR

07 Sentyabr 2015 - 17:44
in XƏBƏR LENTİ
Avtobusa dal qapıdan minməyə çalışanlar, sürücü ilə dalaşanlar... - Yeni avtobuslardan REPORTAJ - FOTOLAR

“BakuBus” MMC Bakıda marşrut xətti üzrə “Iveco” markalı yeni avtobusları istifadəyə buraxıb. Ekspress avtobuslar səhər saat 6-dan gecə saat 12-dək xidmət göstərir.
Avtobusların istifadəyə verilməsini hər kəs gözləyirdi. Bunu nəzərə alaraq, yeni avtobusların fəaliyyəti, sərnişinlərin yeni qaydalardan istifadə etmələri ilə yaxından tanış olmaq musavat.com olaraq, yeni avtobuslardan biz də istifadə etdik.
Öncə onu qeyd edək ki, yeni avtobuslar B1 “Koroğlu” m/st – “28 May” m/st, H1 “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” – “28 May” m/st xətləri arasında hərəkət edirlər.
Yeni avtobuslar digər marşrut avtobuslarında qat-qat daha komfortludur. Kondisionerin də olması, bu isti havalarda sərnişinlərin daha rahat şəkildə səfər etməsinə şərait yaradır.
Bu avtobusları digərlərindən fərqləndirən əsas nüans ödəniş sistemi, sərnişinlərin avtobusa müxtəlif qapılardan minib-enməsidir. Belə ki, sərnişinlər “Baku kart” vasitəsi ilə ön qapıdan avtobusa minərkən ödəniş edirlər. Avtobusdan düşmək üçün yalnız və yalnız orta və ya arxa qapıdan istifadə edə bilərlər.
Dayanacaq olmayan heç bir yerdə bu avtobusları boş yerə gözləməyin. Çünki marşrut üzrə hərəkət edən avtobus yalnız əvvəlcədən xüsusi təyin olunmuş dayanacaqlarda dayanır. Hətta dayanacaqda heç kim olmasa da, sürücü avtobusu nəzərdə tutulmuş dayanacaqda bir neçə saniyə saxlayır.
 “Koroğlu” metrostansiyasından  “28 May” metrostansiyasına qədər olan məsafədə yol boyu bunun canlı şahidi olduq. Dayanacaq olmayan yerdə düşmək istəyən sərnişinlər də oldu, yol kənarında sürücüyə əl edərək, marşrutun dayanacağını gözləyənlər də… Amma sürücü heç bir halda avtobusu saxlamadı. Bundan əlavə, quraşdırılmış səsli bildiriş sayəsində növbəti dayanacaq 2-3 dəqiqə öncədən səsləndirilir. Və bunun sayəsində sərnişinlər sürücüyə yaxınlaşaraq, “Filan yerə az qalıb?” deyib, onun fikrini yayındırmırlar.
Bəzi sərnişinlər kartları olmadığı üçün sürücüyə pul uzatdılar. Lakin sürücü bunu qəbul etmədi və onlara “Ödəmə kartınız yoxdursa, xahiş edirəm avtobusu tərk edin” dedi. Dayanacaqda bəzi vətəndaşlar qaydalara zidd olsa da, arxa qapıdan avtobusa minmək istədilər. Onlara dayanacaqda vətəndaşlara kömək etmək üçün dayanan şirkət əməkdaşları, “Minik ancaq ön qapıdandır, arxa qapıdan olmaz” desələr də, bunu anlamaq istəməyib, israrcı olanlar da oldu. Amma qayda hər kəs üçün eynidir. Bunu başa düşmək üçün xüsusi qabiliyyət tələb edilmir.
Mədəni olmağa çətinlik çəkən sərnişinlər arasında, “Bu, mənə aid deyil, mən müəlliməyəm” deyib, marşrutdan pulsuz istifadə etməyə cəhd edən də oldu. Amma sürücünün iradından sonra, ödənişi etməyə məcbur qaldı.
Müşahidəmiz zamanı yeni xidmətdən istifadə edən sərnişinlərlə də söhbət etdik. Validə Sadıqova yeni avtobus xidmətindən çox razı qaldığını dedi: “Çox gözəldir. Həm rahatdır, həm sərindir, həm də insanlara əslində marşrutlardan necə istifadə etməli olduqlarını göstərirlər. Ödəniş forması da rahatdır. Cibimdə qəpik gəzdirməli olmayacağam. İstərdim ki, bütün marşrutlar bu sistemlə işləsin. Beləcə hər şey əla olardı“.
Digər bir sərnişin olan Arif Balakişiyev isə deyir ki, ödənişin kartla edilməsi, sürücülərin normal avtobus idarə etməsinə səbəb olacaq: “Biz hamımız yaxşı bilirik ki, marşrut sürücülərinə günlük, həftəlik plan qoyulur. Onlar da o planı doldurmaq üçün bir-biriləri ilə yarışırlar. Dayanacaq oldu-olmadı, yolu bağladı-bağlamadı, fərqi yoxdur. Təki sərnişin olsun, 20 qəpik qazansın. İndi isə bu avtobusda ödəniş kartladır. Sürücünün əli pula dəymir. Aylıq maaş alır. Ona görə də rahat şəkildə avtobus idarə edirlər. Təki, bütün avtobuslar bu sistemlə işləsin”. 
“Baku bus” şirkətinin avtobuslarını bu qədər diqqət çəkməsi əslində anormal haldır. Çünki avtobuslar bütün Avropa ölkələrində bu formada fəaliyyət göstərir. İnsanlar avtobusa ön qapıdan minib, arxadan enirlər. Ödəniş də kartladır. Marşrutlar ancaq dayanacaqlarda dayanırlar. Bu, normal haldır. Bizdə isə belə bir hadisə qeyri-adi görünür. Çünki biz marşrutların istənilən yerdə saxlamasına, sərnişinlərin bir-birlərini itələyərək, avtobusa minmələrinə alışmışıq. Yeni sistem isə insanları mədəni formada ictimai nəqliyyatdan istifadə etmənin necə olduğunu göstərir. Bu qaydanın digər marşrut avtobuslarına da şamil edilməsi diləyi ilə…
Məhəmməd Türkmən
Fotolar müəllifindir

















Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yerə meteorit düşdü

Next Post

Təhsil şöbəsinin müdiri işdən qovuldu – ÖZƏL

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Təhsil şöbəsinin müdiri işdən qovuldu - ÖZƏL

Kapital Bank “məğlubedilməz altılığı” mükafatlandırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.