"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avtomobilini bu işıqlarla bəzəyənlərin nəzərinə – FOTO

15 Aprel 2015 - 08:53
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Gündüz hərəkət işıqları necə olmalıdır

Son vaxtlar sürücülər arasında öz avtomobilini müxtəlif LED işıqlarla bəzəmək dəb halını almaqdadır. Bu hal əsasən, Dubaydan gətirilən «Toyota Land Gruiser» markalı avtomobillərdə müşahidə olunur. Lakin bəzi sürücülərdən «qaşlı işıqlar» kimi tanıdığı həmin işıqlandırma sistemləri başqa modeldən olan avtomobillərin də üzərində görünməyə başlayıb. Yol polisi tərəfindən cərimə olunan belə sürücülər bu işıqlarının avtomrbilə vurulub-vurulmamasının qanunda necə tənzimləməsindən xəbəri olmadığı üçün Avtosfer.az məsələyə aydınlıq gətirir.

Məsələnin maraqlı tərəfi budur ki, ki, yol hərəkətində intizamın yüksəldilməsi istiqamətində müsbət dəyişikliklərə inadkarlıqla müqavimət göstərən bəzi sürücülər bu işıqlar üçün xeyli pul da xərcləyirlər. Amma məsələyə DYP-nin yanaşması da az maraq doğurmur. Mövcud qanunvericilikdə sanballı bir istinad tapmayan DYP əməkdaşları belə sürücülərdən bəzilərini avtomobilin konstruksiyasına qanunsuz müdaxiləyə görə İnzibati Xətalar Məcəlləsinin 155.2.2-ci maddəsinə əsasən 150 manat cərimə edirlər (avtomobili cərimə meydançasına qoymaqla), səs-küy salan sürücülərə isə bunu sökməyi məsləhət görərək yola salırlar.

Bəs bu məsələ əslində necə olmalıdır? Avtomobilə belə işıqlar quraşdırmaq olarmı?

Bəri başdan qeyd edim ki, ölkəmizin yol hərəkəti ilə bağlı qanunvericiliyində nəqliyyat vasitələrinin texniki təchizatına dair dəfələrlə vurğuladığımız boşluqlar bu məsələdə də qabarıq görünür. Yaxşı bilirik ki, bəzi sürücülərin öz avtomobillərinə bəzək kimi qoyduğu işıq əslində, bəzək üçün deyil. Bu işıq dünyanın xeyli ölkəsində, xüsusən Avropada bir neçə ildir ki, tətbiq olunan gündüz hərəkət işıqlarıdır. Amma bizim “Yol hərəkəti haqqında” Qanunumuzun heç bir normasında, o cümlədən bu Qanunun 1 saylı Əlavəsində gündüz hərəkət işıqları, onların yerləşdirilmə qaydası barədə heç nə deyilmir. Lakin belə vəziyyət o demək deyil ki, bu işıqları kim hara gəldi qoya bilər, yaxud əksinə, heç kəs qoya bilməz. Bu məsələ beynəlxalq standartlarda çox aydın şəkildə tənzimlənir. Hətta bu beynəlxalq standartın bizim ölkəmizə də birbaşa aidiyyəti var, çünki ölkəmiz 12 fevral 2002-ci il tarixli Qanunla “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq Müqaviləyə qoşulub. Bu müqavilədən aydın olur ki, həmin müqaviləyə qoşulan dövlətlər BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan razılaşdırılmış qaydaları (yəni avtomobillərə aid texniki şərtləri və standartları) tanımalı və tətbiq etməlidirlər. Deməli, AİK-in təsdiq etdiyi standartlar bizim ölkəmizə də nəzərə alınmalıdır. Həm də unutmaq olmaz ki, ölkəmizə idxal edilən avtomobillər məhz AİK-in standartlarına uyğun texniki təchizata malikdir.

Avtomobillərdə işıq cihazlarına dair standartlar AİK-in 48 saylı Qaydalarında müəyyən edilib. Həmin Qaydaların 6.19-cu bəndi gündüz hərəkət işıqlarına dair tələbləri müəyyən edir. Tələblər isə kifayət qədər aydındır:

– gündüz hərəkət işıqları avtomobilin qabağında yerləşdirilməklə 2 ədəd ola bilər (2-dən artıq və ya bütöv 1 dənə ola bilməz);

– bu işıqların ən kənar nöqtəsi avtomobilin qabarit eninin müvafiq kənarından maksimum 400 mm (40 sm) içəridə ola bilər (şəklə bax);

– bu işıqların arasındakı məsafə ən azı 600 mm (60 sm) ola bilər, lakin avtomobilin qabarit eni 130 sm və az olarsa, işıqlar arasındakı məsafə 40 sm-dək azaldıla bilər (şəklə bax);

– bu işıqların ən aşağı nöqtəsi ilə yer arasında hündürlük 250-1500 mm (25-150 sm) olmalıdır (şəklə bax);

– bu işıqlar elə quraşdırılmalıdır ki, avtomobilin mühərriki işə salınanda avtomatik olaraq yansın, lakin sürücünün istənilən vaxt onları ayrıca söndürməsi də mümkün olmalıdır;

– bu işıqlar elə quraşdırılmalıdır ki, avtomobilin əsas qabaq işıq faraları, yəni yaxın və ya uzaq işıqları (yaxud onların hər ikisi) yandıqda bu işıqlar avtomatik olaraq sönsün. Deməli, gündüz hərəkət işıqları faranın yaxın və ya uzaq işıqları ilə eyni vaxtda yana bilməz. Bundan istisna yalnız uzaq işıqların siqnal məqsədi ilə qısa müddətə yandırılıb söndürülməsi hallarına aiddir;

Bunlardan başqa, gündüz hərəkət işıqları ağ rəngdə olmalı, onların işığının gücü və paylanması da standarta uyğun olmalıdır. Bu işıq lampalarının (diod lampaların) üzərində standarta uyğunluğu barədə ştamp olmalıdır.

Son illər istehsal olunan əksər avtomobillərə gündüz hərəkət işıqlarını istehsalçı özü qoyur. Lakin yuxarıda göstərilən şərtlərə uyğun olaraq bunu sonradan da qoymaq olar.

Hörmətli sürücülər, avtomobilin yalnız qabaq tərəfinə yuxarıda göstərilən şərtlərə uyğun olan gündüz hərəkət işıqları qoymaq olar. Avtomobillərdə olan ənənəvi işıqlardan başqa digər işıqların, o cümlədən arxa tərəfə və ya yan tərəfə, yaxud qabaq tərəfə bir neçə yerə (o cümlədən istehsalçının qoyduğu ilə yanaşı əlavə gündüz hərəkət işıqlarının), habelə bütün bufer boyu, nömrənin ətrafına və başqa belə yerlərə LED işıqların qoyulması qadağandır. Bunu etmək, həqiqətən də, konstruksiya dəyişikliyi olacaq və nəticədə sürücünün 150 manat cərimə edilməsinə, avtomobilin isə həmin işığın yerində açıla bilmədiyi halda cərimə meydançasına getməsinə səbəb olacaq. Ona görə də pulunuzu mənasız və təhlükəli bəzəklərə xərcləməyin. Həm də bu bəzəklər sonradan daha ciddi problemlər yarada bilər.

 

Ərşad Hüseynov,

hüquqşünas

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

SOCAR-da işləmək istəyənlərə – ŞAD XƏBƏR

Next Post

Kuba terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Kuba terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarıldı

Papadan Türkiyəyə cavab

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.