"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avtomobillər telefon qiymətinə satılır – Araşdırma

20 İyul 2016 - 13:02
in XƏBƏR LENTİ

Azərbaycanda Rusiya istehsalı olan 2-ci əl avtomobillər kəskin ucuzlaşmağa başlayıb. Ucuzlaşma avtomobil satışları ilə bağlı elanlarda daha çox müşahidə edilir. Avtomobil ekspertlərinin sözlərinə görə, may ayının sonundan etibarən Rusiya istehsalı olan avtomobillər 2 dəfəyə yaxın ucuzlaşıb.
Alsat.az saytının rəhbəri Vaqif Hüseynovfins.az-a bildirib ki, son dövrdə  bu avtomobillərə Azərbaycan bazarında tələbat azalıb. Hətta yollarda da bu avtomobillərə az-az rast gəlinir.
Rusiya avtomobillərini yol polisinə görə  satırlar
V.Hüseynovun sözlərinə görə, bunun bir neçə səbəbi var. Belə ki, Rusiya istehsalı olan avtomobillər, xüsusilə də “Vaz 2107” və “Niva”larla bağlı “avtoxuliqan avtomobili” təəssüratı formalaşıb. Buna əsaslanan yol polisləri  “Vaz 2107”, “Niva” və digər Rusiya istesalı olan avtomobilləri daha çox saxlayaraq nöqsan tapmağa çalışırlar. Qaydalara riayət edən “Vaz 2107” sürücüləri isə bu tipli yoxlamalardan yorulublar. V.Hüseynovun sözlərinə görə, sürücülərin böyük hissəsi  məhz buna görə Rusiya istehsalı olan avtomobillərdən yaxa qurtarmağa çalışırlar. Nəticədə satış elanı verən “Vaz” sahiblərinin sayı artıb. Məsələn, may ayında Rusiya istehsalı olan ikinci əl avtomobillərlə bağlı elanlarının sayı  50-yə yaxın  idisə, indi bu rəqəm 80-nə qədər yüksəlib. Bu avtomobillərlə bağlı satış elanlarının hədsiz artması isə təbii ki, qiymətlərə təsir edib.
Türkiyədə istirahət etmək istəyənlər  “VAZ 2107”lərini satırlar 
Bundan əlavə, maraqlıdır ki,  sürücülərin bir hissəsi yayı Türkiyədə və digər ölkələrdə istirahət  etmək üçün 2000-2500 manatlıq avtomobillərini satmağa çalışırlar. V.Hüseynov bildirib ki, son bir neçə gündə saytda elan yerləşdirən 5-6 müştəri  “Vaz 2107”lərini satmalarını  istirahətə getmələri ilə əsaslandırıblar.
 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

4 000 min manatlıq  “VAZ 2107” 2 000 manata düşüb

 

V.Hüseynovun sözlərinə görə, bazarda bu avtomobillərə tələbatın azalması da qiymətlərə kəskin təsir edib. Nəticədə may ayında 4 min manata satılan Rusiya istehsallı avtomobilləri indi 2000-2500 manata almaq olar. Buna “Vaz 2107”, “Vaz 2106”, “Vaz 21011”, “Niva” modellərini aid etmək olar. Məsələn, hazırda 2000, 2002-ci il model “Vaz 2107” avtomobilləri 2000 manata almaq olar. “Vaz 2106” modelləri 3500 manatdan 1700-1800 manata kimi ucuzlaşıb. Buna baxmayaraq, ikinci əl Rusiya avtomobillərini alan yoxdur. Alıcılar daha çox avtomobil alverçiləridir. Onlar yaranan fürsətdən istifadə edərək 2000 min manata avtomobil alıb. Üzərində kiçik kosmetik təmir aparmaqla avtomobili bazardakı qiymətlərdən xəbəri olmayan müştərilərə 3000-3500 manata satırlar.

 

Smartfon qiymətinə avtomobil 
Sayt rəhbərinin sözlərinə görə, indi hətta bəzi işlək vəziyyətdə  olan Rusiya avtomobillərini smartfon qiymətinə almaq mümkündür. Belə ki, 1995-2000-ci il model “Vaz 2106”, “Vaz 2107”,  “Vaz 21011” və furqon “Vaz 21 04”lər 2000-2500 manatdan 1000-1500 manata  kimi ucuzlaşıb: “İndi hətta avtomobilin qiymətini soruşanda “telefon qiymətinə”- deyə cavab verirlər”.
 
“Rusiya avtomobilləri ucuzlaşmaqda davam edəcək”

 

V.Hüseynov hesab edir ki, yay mövsümü ilə əlaqədar olaraq ikinci əl Rusiya avtomobilləri sentyabr ayına kimi daha 10-20 % ucuzlaşacaq. Avtomobil bazarında digər modellərin qiymətləri ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. Belə ki, 5-10 min manatlıq  “Mercedes” və digər markalara tələbat yüksəkdir. Ona görə də bu avtomobillərin qiymətlərində enmə müşahidə edilmir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə Şimali İraqı vurdu: 20 ölü

Next Post

Şok – Qafqaz Universiteti bağlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Şok - Qafqaz Universiteti bağlandı

Türkmənistan Qazaxıstanla sərhədini bağladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.