"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avtosalonların yeni fırıldağı

01 Dekabr 2014 - 11:51
in CƏMİYYƏT, MANŞET

Azərbaycanda fəaliyyət göstərən avtomobil salonları Mərkəzi Bankın avtomobil kreditlərinin sərtləşdirilməsi ilə bağlı qərarından çıxış yolu tapıblar.Reginas_avtosalon_Kia_salon_1

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Yeni avtomobil krediti qaydalarına əsasən, qiyməti 30 min manatadək olan avtomobillərə görə 50%, 30 min manatdan yuxarı olan avtomobillər  üçün isə 40% ilkin ödəniş həyata keçirilməlidir. Fins.az “Marja”ya istinadən məlumatına görə, avtomobil salonları qiyməti 30 min manatadək olan avtomobilləri  30-40%, dəyəri 30 min manatdan yuxarı olan avtomobilləri isə 20-30% ilkin ödəniş edilməklə kreditlə rəsmiləşdirə bilirlər. Bəli, düz oxudunuz, bu lizinq deyil, kreditdir!

NECƏ EDİLİR?

Bəs, bu necə edilir? Tutaq ki, qiyməti 18 min manat  olan avtomobili kreditlə almaq istəyirsiniz. Mütləq avtomobilin dəyərinin 50%-i olan 9 min manatı və üstəgəl sığorta haqqını, bank və DYP xərclərini nağd şəkildə avtomobil satıcısına ödəməlisiniz. Avtomobilin dəyərinin qalan 50%-ni isə kreditlə ödəyə bilərsiniz. Məsələ bundadır ki, bir çox alıcıların  50% ilkin ödənişi verməyə gücü çatmır.  Tutaq ki, alıcının, qiyməti  18 min manat  olan avtomobili kredit ilə götürmək üçün 9 min manat deyil, 6  min manat ödəməyə gücü çatır.  6 min manat isə 18 min manatın təxminən 33 faizidir.  Tələbə görə, 33% ilkin ödənişlə avtomobil krediti verilmir.

Amma salonlar avtomobili müştəriyə satmaq üçün kəşf etdikləri üsulu işə salırlar. Belə ki, satış qiyməti 18 min manat olan avtomobilin qiyməti  formal olaraq 6 min manat artırılaraq  banka göndəriləcək sənəddə 24 min manat  göstərilir. Bu halda 24 min manatın 50%-i 12 min manat deməkdir. Sənəddə alıcının salona guya 12 min manat ilkin ödəniş etdiyi göstərilir və yerdə qalan digər 12 min manat kreditin ayrılması üçün banka göndərilir.

Əslində əvvəlcədən alıcı ilə razılaşdırılır ki, sənəddə göstərilən 12 min manat ilkin ödənişdən avtomobilin qiymətində edilmiş 6 min manatlıq formal artım çıxılacaqdır. Yəni, müştəri cəmi 6 min manat  ilkin ödəniş ödəyəcəkdir.

Təbii ki, 24 min manatın 50%-i  18 min manatın 50%-dən çoxdur.  24 min manatın digər 50%-i olan 12 min manat, avtomobilin real qiyməti olan 18 min manatın 67%-dir.  Banka göndərilən müştərilərin çoxuna kredit ayrılır və onlar kreditin ayrılması barədə sənədi salona təqdim edərək avtomobilə sahib olurlar.

Qısası, avtomobilin qiyməti süni şişirdilməklə, kredit məbləği artırılır, alıcı isə ilkin ödənişi şişirdilmiş məbləğ qədər az ödəyir.

Qeyd edək ki, qarışıqlıq olmasın deyə ilkin ödənişdən əlavə ödənilən sığorta haqqını, bank və DYP xərclərini bu misalda göstərmədik.

Bankların salonların bu əməllərindən xəbərdar olub-olmadıqları barədə bir söz demək çətindir. Fakt budur ki, avtomobil salonlarının satış menecerləri avtomobil alıcısını banka göndərdikdə ona bankda soruşulduğu  halda avtomobilin şişirdilmiş qiymətini və ilkin ödənişi  söyləməyi dönə-dönə tapşırırlar. Bu tapşırığın nə qədər döğru olduğunu da

SIĞORTA ŞİRKƏTLƏRİ UDUR

Araşdırmamız zamanı bu da məlum oldu ki,  şişirdilmiş qiymətlə satış sığorta şirkətlərinin xeyrinədir. Çünki, alıcıdan şişirdilmiş qiymətə görə sığorta haqqı alınır. Misalımıza qayıtsaq, deyə bilərik ki, 24 min manatın 5,3% sığorta haqqı (1272 manat), 18 min manatın 5,3%-i qədər sığorta haqqından (954 manat) çoxdur.  Alıcı fərqi ödəməlidir.

Qeyd edək ki, bir sıra bankların kredit mütəxəssiləri avtomobillərin qiymətlərini yaxşı bilirlər. Bazar qiyməti 18 min manat olan avtomobilin qiymətinin sənəddə 24 min manat göstərilməsi onlarda şübhə doğurur.

Bütün belə halların yaranmasının səbəbi avtomobil kreditlərinin sərtləşdirilməsidir. Nəticə etibarı ilə, alıcı yenə borc ilə yüklənir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Dövləti 1993-cü ilin qaydaları ilə idarə etmək olmaz”

Next Post

Sürətlə artan ölüm virusu

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post

Sürətlə artan ölüm virusu

Ukraynada azərbaycanlı zabitə Milli Qəhrəman adının verilməsi gözlənilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.