"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AXCP Elçibəyə yönəlik ittihamlar qarşısında niyə susur?

02 İyun 2016 - 09:36
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

AXCP Elçibəyə yönəlik ittihamlar qarşısında niyə susur?

Özlərini Elçibəyin davamçıları sayanlar AXC liderinə qarşı həqarətlərə cavab vermir: Mehriban Vəzir: “İnsan haqqı söyləməyə ehtiyac duymursa…”

Son günlərdə Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyə qarşı səslənən ittihamların ardı-arası kəsilmir. Doğrudur, 1993-cü ildən üzü bu yana hər il 4 iyun ərəfəsində belə ittihamların şahidi oluruq. Bu il də vəziyyət eyni cürdür…
Azadlığa çıxdıqdan sonra ittiham kampaniyasına start verən, meydan hərəkatının öncül isimlərindən olan Nemət Pənahlının Elçibəy barədə dediklərinin ardından müxtəlif şəxslər bu kampaniyaya qoşuldular. Son olaraq da Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev və sabiq MTN zabiti İlham İsmayıl mərhum prezidenti tənqid atəşinə tutdular. Doğrudur, ölkənin müxalif camiəsinin çoxu bu fikirlərin əleyhinədir. Bunu sosial şəbəkələr və mətbuatda gedən yazılardan hiss etmək olur.
Amma maraqlıdır ki, son iki aydakı proseslərdə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP susqunluq nümayiş etdirir. Bu AXCP-dir ki, özlərini Elçibəyin Azərbaycanda yeganə varisləri sayırlar. Bu ada sahib çıxmaq istəyən hər kəsi düşmən gözündə görürlər. İndi nədənsə susmaqla çarəsiz durumda olduqlarını büruzə verməyə başlayıblar. Amma çarəsizlik nədir, bu başadüşülən deyil. N.Pənahlının ittihamlarına susqunluq nümayiş etdirmələrinə belə don geyindirdilər ki, Əli Kərimli ilə N.Pənahlı qonşudur, eyni binada yaşayırlar.
 
Bəs indi? Nə R.Quliyev, nə də İ.İsmayıl AXCP sədri ilə nəinki qonşudur, siyasi münasibətləri belə normal deyil. O zaman bir sual meydana çıxır: Elçibəyə yönəlik ittihamlar qarşısında AXCP niyə susur?
Elçibəysevərlərdən olan yazıçı-publisist Mehriban Vəzir AXCP-nin susqunluğuna belə aydınlıq gətirdi:“Elçibəyin varisləri məsələsi tamam başqadır. Biz Rəsulzadədən fəxrlə danışarkən, Elçibəyin onun varisi olduğunu deyirik. Elçibəyin də varisi demokratik çevrəni birləşdirən, bir araya gətirən və Elçibəy ideyalarını həyata keçirən bir lider olacaq. Bu baxımdan hələ ki onun varisi söhbəti gedə bilməz. Onun varisinin kim olduğunu tarix göstərəcək. Amma təbii ki, milli azadlıq hərəkatından, eləcə də Elçibəy komandasından çıxan hər bir şəxsin bu məsələlərdə mövqe bildirməsi çox vacibdir.
 
Elçibəyi ittiham edənlərin bir cəbhə açmalarına münasibətim belə olacaq: Dünya durduqca, dahilər mühakimə olunurlar. Çünki onlar diridirlər. Əgər ölsəydilər, çoxdan unudulmuş olardılar. Elçibəy heç vaxt unudulmayacaq, onun  qiymətini tarix verib. 3-5 şəxsin ağzına gələni deməsi heç nəyi dəyişməyəcək. Amma bunun ictimai zərəri var. Zərər ondan ibarətdir ki, bu fikirlər cəmiyyətin toparlanmasına imkan vermir. Çünki Elçibəyi ittiham edənlər cəmiyyət daxilində müəyyən qədər tanınmış şəxslərdir. Onların dedikləri qıcıq oyadır.
Bu, sistemlərin savaşıdır, fərdlərin savaşı deyil. Burada maraqlı qüvvələr var. Rəsulzadəni bilmək milli kimlikdir. Eləcə də Elçibəyi. Onu da anlamaq, idrak etmək lazımdır. Kimsə anlamırsa, nəsə demək çətindir. Elçibəy barədə ittihamlara kimsə cavab vermirsə, onlara heç bir cavabım yoxdur. Çünki onun varisi hələ ki məlum deyil. Zaman göstərdi ki, Rəsulzadənin varisi Elçibəydir. İnsanlar gərək bu məsələdə özlərində borc hiss etsinlər. Elçibəyin müdafiəyə ehtiyacı yoxdur. Amma biz bu ehtiyacı duyuruq. Əgər insan haqqı söyləməyə ehtiyac duymursa, ona daha biz nə deyə bilərik”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərenerji” ötən ili 870 mln zərərlə başa vurub

Next Post

Aleksey Manvelyanın bloqu: Mənim vətənim haradır?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Aleksey Manvelyanın bloqu: Mənim vətənim haradır?

Neftin qiyməti 50 dollara yaxınlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.