"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AXCP-nin şir ürəyi problemi

15 Dekabr 2014 - 13:15
in XƏBƏR LENTİ
img1679460Adətən qəzetlər və jurnalistlər arasındakı davalara qoşulmamağa, bu barədə yazmamağa çalışmışam. Mənim anlamımda jurnalistlər adına müqəddəs deyilən qələmi bir-birinə çevirməməlidir, bu, peşə etikasına da uyğun deyil. Hətta iqtidar və müxalifət qəzetçilərinin də bir-birini qırmasını düzgün saymıram. Ancaq sanki birilərinin “Yeni Müsavat”dan özgə dərdi yox imiş.
Bu, nə xəstəlikdir belə? Acı mənzərədən xəbərdar olmaq istəyənlər “Azadlıq” qəzeti ilə “Yeni Müsavat”ın eyni gündə dərc olunan 13-14 dekabr saylarını müqayisə etsin. “Yeni Müsavat” ölkənin gündəmindəki əsas məsələlərə toxunduğu, hətta uzun illər onun əleyhinə olanların müdafiəsinə yazılar həsr etdiyi halda “Azadlıq”ın həmin sayında “Yeni Müsavat” və Rauf Arifoğlu əleyhinə 4 yazı yazılıb. Öz aləmlərində aşağılayırlar, həqarətlər yağdırırlar, “Yeni Müsavat”la “Səs”, “Yeni Azərbaycan” arasında paralellik aparmağa cəhd edirlər. Qəzetçilik budurmu, boğazından kəsib 40 qəpiyini qəzetə verən oxucu səndən anti-Rauf Arifoğlu yazılarınımı istəyir?!
Bir həmkarımız iddia edir ki, “Yeni Müsavat”ın Qafqazın ən tirajlı və ən oxunaqlı qəzeti adına iddia etməsi əsassızdır. Guya oxucu bizi oxumurmuş, ən çox satılan “Azadlıq” imiş, daha nələr. Bunun üçün sadəcə şəhərdə olan-qalan qəzet köşklərinə yaxınlaşmaq, satıcıların fikrini soruşmaq lazım ikən nədən “Azadlıq”ın yazarı özünə əziyyət verir? Yaxud musavat.com-un İP-inə də şübhəli yanaşmalarından bəhs edib. Qardaş, deyir “bu daş, bu tərəzi”, şübhən var, otur, hesabla, sorğu keçir, saytımızın reytinqinə bax, əksər məşhur simaların müsavat.com-da mövqeyinin getməsinə nədən önəm verdikləri ilə maraqlan.
Əcaib mövqedir. Bir tərəfdən deyirlər “Yeni Müsavat” ictimai rəyə təsir eləmir, oxucusu yoxdur, saytının İP-i aşağıdır, digər tərəfdən də hər nömrəsində bizdən yazırlar, özü də konkret yazılara istinadən. Demirsinizmi bizi oxuyan yoxdur? Onda sizinçün daha yaxşı, yazın, satın da qəzetinizi. İnanın ki, biz bunu ürəkdən arzulayırıq. Biz “Yeni Müsavat”çılar ölkədə güclü qəzetlərin olmasında, sıranın genişlənməsində maraqlıyıq, onlardan fərqli olaraq.
Zamanında “Yeni Müsavat”ı ittiham edirdilər ki, bu qəzetdə filankəslərdən müsahibə gedir, onlara səhifələr ayrılır, daha nələr… Konkret halda qəzetin müxalifətə qarşı hətta kəskin mövqedə olan şəxslərə, iqtidar təmsilçilərinə tribuna verməsindən qeyzlənən cəbhəçi bəzi “demokratlar” “Yeni Müsavat”a embarqo tətbiq etdilər. Son illərin təcrübəsi göstərdi ki, zamanında “Yeni Müsavat” rəhbərliyi düzgün seçim edib, redaksiyanın qapılarını, qəzetin səhifələrini bütün düşərgələrin üzünə açıq elan etməklə. Bunun üçün bir azca genişürəkli olmaq gərək, hər kəsin bacardığı iş deyil…
Əslində bu, “Azadlıq”-“Yeni Müsavat” savaşı deyil. Müsavat Partiyası qurultay keçirdi, yeni başqan seçdi, AXCP rəhbərliyi “bizi qurultaya çağırmadılar” deyib quru təbriki də çox gördü. Yaxud Müsavat 14 dekabra mitinq təyin etdiyi halda Cəbhə rəhbərliyi “mitinqə qoşulmayacağıq” dedi və qəzetə də bu barədə bir kəlmə yazmamaq sifarişi verildi. Hansı ki, Müsavat rəhbərliyi Milli Şuranın eyni tələblə keçirilən aksiyasında iştirak etmişdi. Əgər bir partiyanın lideri haqqında tənqidi yazılar yazılmasının qarşılığında “indi mən də ”Azadlıq”da uşaqlara İsa Qəmbər əleyhinə yazı yazmağımı tapşırım” deyirsə, bu, faciədir. Ölkə rəhbərliyinə iddialı olan partiya sədri deyir e bunu, hansısa Məmmədhəsən əmi yox.
Bizi tənqid edən həmkarlarıma xatırladıram ki, keçmiş cəbhəçilər Şakir Abbasovun, Kəmaləddin Rəhimovun da söz demək haqqı var. Əgər Şakir Abbasov haqda indiyə qədər bircə dəfə yazılmaybsa, hətta Qarabağ döyüşçüsü olan bu fədakar insanı 60 yaşında təbrik belə etməyi “unutmusunuzsa”, bu, bizim problemimiz deyil. Biz o insanlara sadəcə sözlərini demək üçün tribuna veririk. O tribunanı buyurun, siz verin, orda danışsınlar.
Ancaq axı biz bunun mümkün olmadığını yaxşı bilirik. Məsələn, bu gün AXCP daxilində rəhbərliyin ünvanına azacıq tənqid səsləndirmək üçün şir ürəyi tələb olunur. Hətta partiya rəhbərliyinə daxil olan şəxslər “Yeni Müsavat”a qarşı sədrin tabusunu pozub danışmağa da cürət eləmirlər. Budurmu demokratiya, normal qəzetçilik, söz azadlığı?! Ona görə də hakimiyyəti söz azadlığını və demokratiyanı pozduğuna görə tənqid edəndə heç olmasa öz daxilinizdəki avtoritarizmə də göz gəzdirin. Yaza bilməsəniz belə. Hünəriniz var bircə dəfə Əli Kərimliyə tənqid yazın. Şir ürəyi tapsanız, yazın…

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xəzərdə taktiki təlim keçirilib

Next Post

Şair Cavanşir Dərviş vəfat edib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Şair Cavanşir Dərviş vəfat edib

İŞİD-ə qarşı cihad elanı...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.