Dağlıq Qarabağdakı təmas xəttində Ermənistanın hücumu ilə başlayan qarşıdurmanı yaxından izləyirik
Bu haqda Ədalət və İnkişaf Partiyasının iclasında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
O, partiya adından bu hücumların pislədiyini bildirib: “Həyatını itirən Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm. Türkiyə Ermənistan hücumlarına qarşı can Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək. Hamı bilsin ki, Türkiyə axirətə qədər Azərbaycanın yanında olacaq”, – o qeyd edib.




