Rusiyanın mavi yanacağının maksimal qiyməti hələ müəyyən edilməyib, görünür, Qərb əbədi qazsız qala biləcəyini anlayıb.
Elchi.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.
“Qarşıda Rusiya qazı olmayan soyuq qışdır. Baxmayaraq ki, bizim mavi yanacağın maksimal qiyməti hələ müəyyən edilməyib. Görünür, indi onlar həmişəlik qazsız qalacaq”, – o, Teleqram kanalında yazıb.
O qeyd edib ki, Avropanın “axmaq bürokratları” öz vətəndaşlarına enerjiyə qənaət üçün yalvarır:
“Və artan xərcləri istifadəçilərə ötürməyə, hətta bir vaxtlar çiçəklənən İsveçrədə olduğu kimi, onları həbsə atmağa hazırdırlar”.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...






