“Azadlıq” radiosu Baş Prokurorluq əməkdaşlarının radionun Bakı ofisində apardığı axtarış-götürmə əməliyyatı ilə bağlı yeni xəbər
yayıb.
yayıb.Xəbərdə deyilir ki, prokurorluğun əməkdaşları radionun Bakı bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər.
Bundan başqa, ofisdən radioya məxsus yaddaş kartları, server kompüteri, 2 noutbuk, fotoaparatlar və videokameralar götürülüb.



