APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Aydar” taborunun mətbuat katibi Yuliya Yevdokimova bildirib.
“Tabor buraxılır, çünki ön cəbhədə könüllülərdən ibarət taborun olması sərf etmir. Onların hamısı alay və briqadalara qatılacaq. Əsaslı “təmizlənmə” işi gedir”,- deyə Yevdokimova bildirib.
Yuliya Yevdokimova, həmçinin, hərbi prokurorluq tərəfindən “Aydar” taborunun bir neçə döyüşçüsünə qarşı cinayət işinin başlandığını təsdiqləyib.
O əlavə edib ki, bu gün, yanvarın 30-da Ukrayna Müdafiə Nazirliyinin qarşısında taborun buraxılmasına etiraz əlaməti olaraq aksiya keçiriləcək.




