"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aydın Canıyev: “Mənə publisistikanı haram bilirdilər“

01 May 2015 - 11:26
in MƏDƏNİYYƏT

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Sozun-sagligina-AydinCaniyev_1430430120– Əvvəlcə ondan başlayaq ki, Aydın Canıyev kimdir?– 30 il jurnalistikada var olan imza! “Sözün cəfakeşi, çoxdan “Çempionlar Liqası”nda oynayan peşəkar ” – dost və düşmən olanların yazıb altına imza qoyduqları budu, amma daldeydə də “dəyər” verənlər var. Sözün özünü əsirgəmədiyi,sözün üzünə güldüyü, sözün sevdiyi söz adamı da saymaq olar. Ən gözəl redaktorlarla – Şakir Yaqubovla, Mehman Cavadoğluyla, ən gözəl imzalarla – “Azərbaycan”, “Azadliq”, “Aydınlıq”, “Səhər” qəzetlərində bir redaksiyada çalışıb sevimli imza olmaqla bərabər, həm də “konstitusiyasız” adam.

 

– Niyə yazı-pozuya üstünlük verdiniz?

– 1985-ci ildə jurnalistika fakültəsini seçəndə heç özüm də bu qədər söz sahibliyinə iddialı deyildim, hərçənd bir il sonra o vaxtın Az.TV-sində sonralar bu telekanalda sədr də olmuş məşhur jurnalist Babək Hüseynoğlunun (Allah rəhmət etsin!) “Hünər” verilişində şeirimi də söyləmişdim, sağıcıdan, tərəvəzçidən olmasa da, kitab müzakirələrindən, ədəbi-bədii gecələrdən “zarisovka”larım da dərc olunmuşdu respublika mətbuatında. Onda daha çox tərcüməçiliyi, nəşriyyat-poliqrafiya işini qəsd etmişdim. Ancaq hərbi xidmətdə Sergey Borisoviç Moyseyenko ilə (yeri gəlmişkən, Lvov Ali Hərbi-Siyasi Məktəbində ilklərdən olan hərbi jurnalist Üzeyir Cəfərovun tələbə yoldaşlarındandı) tanışlıq Sözlə nəinki bir dildə, hətta bir neçə dildə oynamaq, döyüşmək, məzələnmək, ipə-sapa yatırmaq, yəhərləmək, xamlamaq, şumlamaq, cızdağını çıxarmaq bacarığımı üzə çıxardı. Əsgərlikdən qayıdandan sonra “Kommunist” (indiki “Xalq qəzeti”)qəzetində Şakir Yaqubovun əlinin altında işləməyim məndə özümə nəhayətsiz inam oyatdı. Təsəvvür edin: MK-dan gələn siyasi materialları Rəfael Nağıyevlə bərabər redaktə edən, rəyi ilə hesablaşılan həm söz, həm də səlahiyyət sahibi yazdıqlarımın üstündə ürəklə işləyir, özünə əziyyət, “man” bimədən qəyyumluq edirdi. Adicə şəkil sözündən tutmuş ta toy yazısına qədər – təmənnasız! “Komendant saatı” yazımı “Həyat” qəzetinin (indiki “Azərbaycan”) baş redaktorunun birinci müavini Şakir Yaqubov o yazımı götürüb başqa bir qəzetin – “Sovet kəndi”nin (sonra “Bərəkət, daha sonra “Həyat”) baş redaktoru Rəfael Nağıyevin yanına aparır ki, bizdə Əfqan müəllim məsləhət bilmir, bəlkə Səndə getsin… Gəl indi yazı-pozu adamı olma! Üstəlik də Sergey Borisoviçlə polemikaların dadı-ləzzəti zövqünün yaddaşından hələ qaçmayıbsa.

– Çoxları xarakterinizlə yaradıcılığınızın eyni olduğunu fikirləşir…

– O “çoxları” xarakterimin hansı çalarlarını bilir ki, hansına şahid olub ki? Mən yazılarımda ifadə etdiyim onlarca çalar var ki, həyatda heç birini sərgiləməyə bir misqal da imkan olmadı. Xaraktercə prinsiplərimdən dönməz və sərt adamam. Bağışlayan deyiləm. Amma ən qatı düşmənimi bağışladığım yazılarım var. Ən murdar adama bəraət üçün ən riskli yazıları hamının əvəzindən olmasa da, yazmalı olanların əvəzinə yazmışam!

– Çoxlari sizi itirilmiş istedad sayır, necə oldu ki, potensialinizi tam realizə edə bilmədiniz?

– Əzizim, mənimlə jurnalistikaya gələnlərin tam əksəriyyəti aktiv jurnalistikadan gedib. Təkcə o dəstədən Şahvələd Çobanoğlu qalıb! Qalanları ya QHT işlədir, ya dükan, ya da olmalı olduğu yerdə deyil!Kobud da olsa, misalı deyim: mən sərçə kimi gündə balalayan “köşəkar” peşəkarlardan olmamışam, olmaq istəməmişəm, fakt kimi də “fil balası” yazılarım ortadadı – onillərlə unudulmayan yazılar! Birnəfəsə özüm əllisini sayaram, zövqünə inandığınız on ən güclü jurnalist də azından onunu xatırlayar, özü də ən müxtəlif yönlü qəzetlərdən!

Yalnız bir halda razılaşmaq olar ki, həmkarlarımın tam əksəriyyəti mənə publisistikanı haram bilirdilər, istedadlı bir yazıçını dəfn etdiyimi irad tuturdular. Bununla müəyyən qədər razılaşmaq olar. Amma niyə axı itirilmiş? Mən ki hələ ölməmişəm!

– Jurnalistika azad peşədir. Azad peşə sahibinin dörd divar arasında günləri necə keçirdi?

– Həyatın elə bir zərbəsi qalmamışdı ki, mən “dörd divar arası”na alınınca… Mənə qarşı namərdlik olanda, Allah həmişə mənə ən mərd insanları dayaq göndərib. Bu gün də hələ də içəridə qalan o mərd insanlara etdikləri yaxşılıqların əvəzini qaytara bilmirəm. Məni onlara Allah borclu edib, Allah da mənim borcumu qaytarar yəqin! O yaxşılıqlar elə müqəddəsdi ki, “əvəz-əvəz”lə kompensasiya olunmaz. Günlərə gəldikdə isə… günlər keçmirdi! Həm dustaqlar, həm də türmə rəhbərliyi bilirdi məni niyə həbs ediblər və ən yüksək səviyyədə məni azadlığımla baş-başa buraxırdılar. Mən də qarşılığında mənə problem yaratmayan, əksinə, hər günümü ötüşdürmək üçün çalışan insanlara problem yaratmadan, partizanlıq etmədən keçməyən günlərimlə birgə… ölürdüm. Əfv olunmasaydım… yəqin ki, heç azadlığa çıxası olduğum 21 sentyabr 2015-ci ilə də çatmazdım. Maksimalist olduğumdan mənə sərhədli azadlıq bəs eləmir! Sadəcə, hər gün ölümü gözləyirdim!

– Sosial şəbəkədə çox fəalsiniz. Bəlkə fəal jurnalistikayla məşğul olmaqda bu mane olur sizə?

– Əksinə, jurnalistikayla fəal məşğulam! Keçən ilin mətbuat günündə Telli Pənahqızının təbrikini sözümə söykək edirəm: “ilin ən məhsuldar yazarını təbrik edirəm!” Axır üç ayda neçə statusumu görübsünüz ki? Elə statuslarım bölümündə yazılarımın linkləridi, bir də bir-iki mahnı…

– Gənc imzalardan kimləri bəyənirsiniz?

– Mən imzaları yox, yazıları bəyənirəm. Mənə müəllifini bəyəndirən çox az yazı oxumuşam, baxmayaraq ki, oxuduqlarım həddən çoxdu. Nümunə üçün Kəramət Böyükçölün zəhmətkeşliyini deyə bilərəm.

– Hazırda Azərbaycan jurnalistikasinda ilk beşlikdə kimləri qərarlaşdırardınız?

– Ad çəkməmək xudpəsəndliyinə yozmayın… “İlk beşlik” düzgün münsiflik olmaz! Azərbaycanın elektron və KİV-lərində kifayət qədər sanballı imzalar var və onların sayı yüzə çatar!

– Çəkindiyiniz imzalar varmı?

– Ürəkdən və ürəklə gülmək istəyirəm! Rəhmətlik Zakir Sadatlı deyirdi ki, Azərbaycanda “intriqa publisistikasının banisi və dahisi Aydın Canıyevdi”. Çəkindiyim yox, populyarlıq manipulyasiyasından həyasızlaşan və həm də istedadı şərə xidmət edən şeytansifət qələm sahiblərini həzm etmirəm.

– Yazılarınızı “Sözün sağlığına” şüarı ilə yazırsınız? Bunun sirri nədir?

– “Yarıciddi, yarızarafat”, “Lənət şeytana”, “Tablo” rubrikaları ilə yazdıqlarım olub. Növbə çatıb “Sözün sağlığına”. Sirr deyil, amma bir ştrixdi: Bir dəfə Zaqafqaziya Hərbi Dairəsinin “Leninskoye Znamya” qəzeti üçün yazdığım yazıda “avtor eti stroki” – “bu sətirlərin müəllifi” ifadəsini işlətmişdim, onda əvvəldə adını çəkdiyim Sergey Moyseyenko qayıtdı ki, “Canıyev, Lenin komsomolu mükafatı laureatı Yevtuşenko da “avtor eti stroki” yazsın, “sıravi Canıyev” də”… Dədə, otuz il Sözün qulluğunda durandan, Sözü sağ-salamat finişə çatdırandan sonra, day mən də “Sözün Sağlığına” şüarına iddialı olmadımsa, nooldu ki? Yazarafat, yarıciddi qəbul et!

– Qəzetlər saytlara uduzur…Sizcə, bu tamamilə məğlubiyyətlə nətiəcələnəcək, yoxsa qəzetlər dönüş edə biləcəklər?

– “Əlyazmalar yanmır”. Qəzetlər uduzmur, saytlar da udmur. Dirijorlar diqqəti pərən-pərən salmaq üçün “at gedişi” edir. İşsizlik, savadsızlıq hakim olanda, alverçi təfəkkürü alimənsəb olanda, xalq ən asanını önərir. Keçicidi. Oxunanın, alınan informasiyanın müzakirə lüksü yoxdu deyə, “efir-üfür”, “dedim-dedi”, “mollanəsrəddini”, “basməmmədi” və “həsənsoxdu” janrlarının ömrü bu xalqın savad dərəcəsinin əlli faizi keçəcəyi günəcəndir!

– Televiziyalarımızla aranız necədir?

– Azərbaycanda televiziya vaaaar?

– Deyəsən, yeni kitabınız hazırlanır?

– İlk kitabım: “Sözün sağlığına”. Son on ildə on ən yaxşı dost azından on dəfə israrla “kitabını çap edək” təklifini vermişdilər. Qismət indiyə imiş və deyim ki, oxucular tamam AYRI Aydın Canıyevlə görüşəcəklər!

– Aydın Canıyevin görmək istədiyi jurnalistika necədir?

– Görmək istədiyim jurnalistikanın ünvanı Azərbaycan deyil – təəssüf ki! Bircə fakt: Mənə Bərdənin Kətəlparaq, Gədəbəyin İnəkboğan, Lerikin Brkandul kəndlərini qoyub, Fransadan, Zənzibardan, Fil Dişi Sahilindən, nə bilim, Suriyadan birbaşa reportaj verən jurnalistika maraqlı deyil!

Bizim dərdimizi çəkən, bizim uğurlarımızı, bizim insanımızı,bizim ədəbiyyatımızı, bizim qələbələrimizi, bizim inkişafımızı prioritet bilən jurnalistika görmək istəyirəm. Cenifer Lopesin bikinisini mənə tərifləyən jurnalistikanı mənim görmək istədiyim jurnalistika ilə əvəzləməyə istək yoxdu, yaxın iyirmi ildə də olmayacaq.

Xalq hüzur istəyir. Xalq jurnalistika istəmir!

sivil.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə naziri Türkiyə Jandarma Komandanlığının qərargah rəisi ilə görüşüb

Next Post

İyunun 1-dən 30-dək yük avtomobilləri Bakıya buraxılmayacaq

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

İyunun 1-dən 30-dək yük avtomobilləri Bakıya buraxılmayacaq

Prezident Administrasiyasından müxalifətə təklif gəlib – “...görüşək”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.