"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aydın Mirzəzadə: ATƏT PA-nın qərarı onun apardığı siyasətə uyğun gəlmir

24 Sentyabr 2015 - 16:23
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Foto: Aydın Mirzəzadə: ATƏT PA-nın qərarı onun apardığı siyasətə uyğun gəlmir / Siyasət

“Mən təəssüf edirəm ki, ATƏT-in ali idarəetmə orqanlarından biri öz qərarını ATƏT-in bir bürokratik aparatının rəyi əsasında verir. Parlament Assambleyası ayrı-ayrı dövlətlərin deputatlarının yığılıb mühüm qərarlar verdiyi orqandır və bu orqanın birdən-birə özündən aşağı statusda olan və məmurlardan ibarət olan qurumun rəyinə əsasən qərar verməsi nə ATƏT-in nizamnaməsinə, nə də məramına və apardığı siyasətə uyğun gəlir”.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervanın noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərməyəcəkləri barədə bəyanatına münasibət bildirərkən deyib.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan seçkiləri hansısa büronun xoşuna gəlib-gəlməmək üçün deyil, ümumən sonrakı dövrdə özünün hakimiyyət orqanlarından birini təşkil etməkdən ötrü keçirir: “Təəssüf ki, Azərbaycanın bu addımına qərəzli yanaşan, Azərbaycana siyasi təzyiq etmək istəyən, ölkəmizin daxili siyasi kursunu özünün istəyinə uyğun korrektə etmək istəyən dairələr tapılır. Amma hesab edirəm ki, onlar bu istəklərində yanılırlar. Azərbaycana heç bir halda təzyiq etmək mümkün olmayacaq, eyni zamanda Azərbaycan demokratiya və insan hüquqlarının təmin edilməsi yolundan da əl çəkməyəcək”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan hüquqi, demokratik, dünyaya açıq bir dövlətdir: “Ölkə keçirilən hər bir ümummilli seçkilərdə beynəlxalq təşkilatlardan, o cümlədən xarici dövlətlərin parlamentlərindən müşahidəçilər dəvət edir və onların müşahidəsi üçün bütün şəraiti yaradır. Dəvəti qəbul edib-etməmək isə onların səlahiyyətində olan və istəyi ilə bağlı bir məsələdir. Azərbaycan ümumən demokratik seçki keçirmək əzmindədir. Hesab edirəm ki, dünya bu dəfə də Azərbaycanın demokratiya yolunda növbəti addım atdığının şahidi olacaq. Çox təəssüf ki, xaricdəki bəzi dairələr Azərbaycanda keçirilən seçkilərə xüsusi maraqla yanaşırlar. Məqsəd seçki hələ keçirilməmişdən onun üzərinə kölgə salmaq, seçki barədə beynəlxalq ictimaiyyətdə mənfi əhval-ruhiyyə yaratmaq, Azərbaycanı siyasi təzyiq altında saxlamaqdır”.

Qeyd edək ki, ATƏT PA-nın prezidenti İ.Kanerva ATƏT PA-nın Ulan-Batorda keçirilən payız sessiyası çərçivəsində bəyan edib ki, bu qərarı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına uyğun olaraq qəbul ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropa İttifaqı Türkiyəyə 1 milyard avro ayırdı

Next Post

Erməni turist Bakı sakinlərini şoka saldı – Video

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Erməni turist Bakı sakinlərini şoka saldı - Video

BAXCP sədrinin müavini 44 saylı Sumqayıt-Xızı seçki dairəsində yarışacaq...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.