![]() |
“Azərbaycanın müstəqil dövlət olduğu, daxili və xarici siyasətini özü müəyyənləşdirdiyini, son sözü Azərbaycan seçicisinin dediyini bunlar unudurlar. Əgər onların təsəvvüründə insan haqları və demokratiya bir ölkənin problemlərini digər ölkənin xarici işlər nazirinin kabinetində həll edilməsidirsə, onların nə siyasət, nə də ki demokratiyadan xəbərləri yoxdur. Bu müraciət açıq-aydın Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycan üçün bu gün tətbiq edilən Əfqanıstan, Liviya variantının tətbiq edilməsinə çağırışdır”, – o əlavə edib.
Millət vəkili hesab edir ki, Con Kerri təcrübəli bir dövlət xadimi kimi bu cür bəyanatlara əhəmiyyət verməyəcək.
“Çünki Azərbaycanda gedən proseslər Azərbaycan cəmiyyətinin həll edəcəyi məsələlərdir. Həmin məsələlər uğurla həll edilir. ABŞ dövlət departameninə müraciət edən şəxslər əvvəldən də anti-Azərbaycan mövqeləri ilə seçiliblər və istənilən tribunadan Azərbaycan əleyhinə qarayaxmalarda iştirak edir, ölkəmizi beynəlxalq aləmdə mənfi imicdə təqdim etməyə çalışırlar”, – o bildirib.
Mirzəzadənin sözlərinə görə, bəzi Azərbaycan vətəndaşları da vaxtaşırı ölkəmiz əleyhinə kampaniyalarda iştirakı dəfələrlə təsdiq edilib. Müəyyən qrantlar müqabilində Azərbaycan əleyhinə istənilən kağıza qol çəkməyə və istənilən rəylə razılaşmağa hazırdırlar.
“ABŞ rəhbərliyi bu bir qrup demokratik fikirdən uzaq insanlardan fərqli olaraq Azərbaycanın müstəqil dövlət olması fikrini qəbul edir. Daxili və xarici siyasətdə uğurlar qazandığı faktını qəbul edib. Ölkəmiz öz problemlərini özü həll edə bilir, beynəlxalq aləmdə stabilliyi qoruyan və möhkəmləndirən faktorlardan birinə çevrilib. Görünür, Azərbaycanın müstəqil dövlət qurmaq istiqamətində qazandığı uğurlar həmin şəxsləri və onları maliyələşdirən anti-Azərbaycan mərkəzləri rahat buraxmır. Bu baxımdan hesab edirəm ki, həm Avropa Oyunları öncəsi, həm də ki, parlament seçkiləri öncəsi biz belə ittihamları vaxtaşırı eşidəcəyik. Amma tarix sübut edir ki, belə müraciətlərin heç bir əhəmiyyəti yoxdur. Azərbaycana qarşı səlib yürüşü keçirilməsini nəzərdə tutan istənilən çağırışlar iflasla nəticələnəcək”, – deyə o qeyd edib.
Xatırladaq ki, bir qrup amerikalı ekspert, siyasətçi və Azərbaycan diasporunun nümayəndəsi ABŞ-ın dövlət katibi Con Kerriyə açıq məktub ünvanlayıblar. Onlar Azərbaycanda insan haqlarının vəziyyətindən “narahatlıqlarını” bildiriblər.
Teymur Hacıyev
Milli.Az