"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ayna Sultanovanın abidəsi sökülməyəcək

26 Dekabr 2014 - 09:49
in GÜNDƏM

İcra hakimiyyəti məsələyə aydınlıq gətirdiimg1710371

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Azərbaycanın “qırmızı” tarixinin ən qalmaqallı simalarından sayılan Ayna Sultanovanın abidəsi təmirdən sonra yerinə qayıdır. Milli.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova Ayna Sultanova parkının taleyinə aydınlıq gətirib: “Ayna Sultanovanın abidəsi üçün həqiqi narahatlıq keçirən media mənsubları və sakinlərimiz buyurub tanış ola bilərlər. Səmimi narahat olmayanlar da”.

A.Sultanova ictimai-siyasi xadim, Azərbaycan SSR-in maarif üzrə xalq komissarı, Azərbaycan tarixinin ilk qadın kabinet naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olub. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda sovet hakimiyyəti qurmaq olub.
Virtualaz.org xatırladır ki, o, həmçinin Leninin, Şaumyanın, Mikoyanın, Qarayevin, Əzizbəyovun ən yaxın silahdaşı Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.
A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.
Virtualaz.org onu da xatırladır ki, abidə götürüləndən sonra A.Sultanovanın nəvəsi Nail Əbdürrəhmanov sayt  vasitəsilə Sultanovlar ailəsi adından prezident İlham Əliyevə açıq məktub ünvanlamışdı. Həmin məktubda yazılanları bir daha oxucuların nəzərinə çatdırırıq: “Bizə xəbər çatıb ki, Ayna Sultanovanın abidəsini sökməyə hazırlaşırlar. Bildiyimiz qədərincə abidəni onun yerində restoran tikmək üçün sökürlər. Bu qəfil hadisə öz vətəninin tarixi irsinə biganə olmayan mənim kimi insanların ürəyini ağrıtmaya bilməz. Həmin abidə orada 1986-cı ildə qoyulub. Nə sadə bir ziyalı olan anam, nə də mən bundan, ümumiyyətlə, Ayna Sultanovanın adından istifadə edərək hər hansı üstünlük, imtiyaz əldə etməyə çalışmamışıq.
Ayna Sultanovanın nəvəsi kimi bu məktubu yazmaqda məqsədim çox hörmətli prezident İlham Əliyevə həm də bir patriot vətəndaş olaraq müraciət etməkdir. Ölkəmizin milli tarixi irsi mənə çox əzizdir. Ayna Sultanova təkcə Azərbaycanın yox, ümumən bütün müsəlman Şərqinin ilk qadın naziri, tanınmış ictimai-siyasi xadimi, o dövrün fenomenlərindən biri olub. Bu məktubda onun fəaliyyətini tam təhlil etməyə ehtiyac yoxdur. Bununla tarixçilər məşğul olmalıdır. Yalnız bir faktı deyim ki, mənim bildiyim qədər Ayna Sultanova bütün dünyada Ali Məhkəmə sədri olmuş ilk qadındır.
 Onu da əlavə edim ki, bütün bunlarla yanaşı, Ayna Sultanova Azərbaycanın böyük mədəniyyət və incəsənət xadimi, görkəmli bəstəkarımız Tofiq Quliyevin doğma xalasıdır. İnsani baxımdan çox əhəmiyyətli olan bir faktı da vurğulamaq istərdim ki, 1938-ci ildə “xalq düşməni” kimi güllələnən Ayna Sultanovanın məzarı da yoxdur, onun dəfn olunduğu yer məlum deyil. Buna görə də onun abidəsi qohumlarından, doğmalarından ötrü yeganə təsəlli ünvanı sayılır. Bu məktubu yazmaqla ümid edirəm ki, Azərbaycanın çox hörmətli prezidenti İlham Əliyev həyata keçirilməsinə hazırlıq görülən bu vandalizm aktının qarşısını alacaq. Habelə cəmiyyətimizin mədəni təbəqəsi abidənin sökülməsi cəhdinə öz etirazını bildirəcək.
Hörmətlə: Ayna Sultanovanın nəvəsi Nail Namiq oğlu Əbdürrəhmanov və Sultanovlar ailəsinin digər üzvləri”.
Hər halda, illərdir sözügedən məkan A.Sultanovanın adı ilə bağlıdır. Hamı Gənclik-8-ci mikrorayon ərazisindəki parka “Ayna parkı” deyir. Ekspertlər isə hesab edir ki, hətta abidə götürülsə də, həmin məkan o qadının adı ilə tanınacaq. Necə ki, insanlar hələ də “Əzizbəyov heykəli”, “Nərimanov heykəli”… ifadələrini leksikondan çıxarmayıblar.
“Yeni Müsavat” isə oxuculara Ayna Sultanovanın kimliyi ilə bağlı bəzi detalları xatırladır. Onun rəsmi bioqrafiyasında belə yazılıb: “Ayna Sultanova 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləməyə məcbur olmuşdur”.
Vikipediyada daha sonra yazılır: “Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet dövləti qurmaq uğrunda çalışmışlar”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vitse-admiralın azadlığa çıxmasının sirri

Next Post

Neft bahalaşıb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Neft bahalaşıb

"Ermənilərin “diversiya” kəlməsi hər dəfə kağız üzərində qalır..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.