"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ayxan Tağızadə: “Prezident telefonda dedi ki…”

19 İyun 2015 - 15:17
in GÜNDƏM, İDMAN

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Ayxan Tağızadə:

İlk qızıl medal qazanan idmançımız Ayxan Tağızadə hələ də qələbə sevincini yaşayır
Birinci Avropa Oyunlarında taekvondo üzrə ilk qızıl medal qazanan idmançımız Ayxan Tağızadə hələ də qələbə sevincini yaşayır. Təəssüratlarını APA TV ilə bölüşən Ayxan deyir ki, Vətənimizə qızıl medal gətirdiyi üçün özünü çox xoşbəxt hiss edir
“Vətənimizə qızıl medal qazandırmaq çox gözəl hissdir. Сənab prezidentin 1/4 finalıma baxması isə daha da qürurverici, sevindiricidir. Bütün döyüşlərimə Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun baxması, vitse-prezidenti Niyaməddin müəllimin mənə medal verməsi… Hamıya “sağ olun” deyirəm. Hamısı çox sağ olsun ki, bizə qayğı göstərdilər”.
Ayxan Tağızadənin sözlərinə görə, rəqiblərinin güclü olması əvvəl onu həyəcanlandırıb. Lakin aylarla davam edən gərgin məşq, inam və mübarizliyi onu bu qələbəyə yaxınlaşdırıb: “Birinci döyüş o birilərinə baxanda çox çətin keçmədi, ikinci döyüşdə Olimpiya çempionu ilə qarşılaşdım. 2012-ci ilin Olimpiya çempionu, ikiqat dünya və ikiqat Avropa çempionu ilə qarşılaşaraq 7:3 məğlub elədim. Sonra rusiyalı rəqiblə qarşılaşdım. Keçən il medal döyüşündə ona uduzmuşdum. Bu görüş də çətin idi. Şükürlər olsun ki, qələbə ilə ayrıldım”.
Avropa Oyunlarının qalibi qızıl medal almasının səbəbini həm də baş məşqçi Rza Mehmandustun verdiyi taktikalardan düzgün istifadə etməsində görür: “Əsas kömək elə müəllimim Mehmandustdan gəldi. Yəni onun taktikasına uyğun hərəkət edirdim. Üçüncü raunda çıxanda mən artıq uduzurdum. Döyüşə çıxanda mənə elə taktika verdi ki, rəqibi məğlub etdim”.
Oyundan sonra prezident İlham Əliyevlə telefonla danışan Ayxan ölkə başçısından təbrik alıb: “Heç ağlıma gəlməzdi ki. cənab prezident telefonda mənimlə danışsın. Mənim üçün çox sevindirici və qürurverici idi. Mənə dedi ki, sənin döyüşünə baxdım, peşəkar idmançı olduğuna əmin oldum. İnşallah, səni Rioda görəcəyəm. Dedi ki, bayrağımızı qaldırdın. Mən də dedim ki, borcumdur”.
Hazırda hədəfinin 2016-cı ildə keçiriləcək Dünya Çempionatında iştirak olduğunu deyən Ayxan çempionluğu təkrarlayacağına söz verib.
Qeyd edək ki, Tağızadələr ailəsində taekvondo ilə məşğul olan təkcə Ayxan deyil. Qardaşı da taekvondoçudur. Atası, para-taekvondo üzrə millinin baş məşqçisi Əvəz Tağızadə həm də Ayxanın məşqçisidir: “Ayxan 3 yaşından məşğul olur. Gənclərlə yarışa təzə çıxıb və ümidlərimizi doğrultdu. Mən tələbələrimdən dəfələrlə dünya çempionu, Avropa çempionu yetişdirmişəm. Ancaq valideyn kimi bunu yaşamaq tamam başqa hiss imiş. Məndən çox anası sevindi. Məşqçisi kimi ona sərtəm. Amma evdə o, bizim sonbeşiyimizdir”.
Əvəz Tağızadə deyir k, prezident İlham Əliyevlə danışandan sonra Ayxanın sevincinin həddi-hüdudu yox idi: “Mənə dedi ki, ay ata, mən o tərəfə baxa bilmirəm, prezident orada əyləşib, birdən yaxşı çıxış etmərəm. Ancaq qalib gəldi. Sonra prezidentə tərəf əyildi. Sonradan telefonla danışdılar. Yəqin ki, prezident kimə zəng edib təbrik etsə, onun sevinci yerə-göyə sığmazdı. Ayxan da bundan çox xoşlanmışdı”.
Qeyd edək ki, 68 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə çıxan idmançımız Birinci Avropa Oyunlarında taekvondo üzrə millimizə ilk qızıl medalı qazandırıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Arif Məmmədov qalmaqalının sirri: `…Ayaz Mütəllibovun kadrıdır`

Next Post

Pomidor yeyənlər palazqulaq uşaq doğacaq

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

Next Post

Pomidor yeyənlər palazqulaq uşaq doğacaq

Azərbaycanın namizədlərinə qərəzli yanaşılıb – Əli Hüseynli

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.