"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan ərəb ölkəsi deyil, heç Ukrayna da deyil

12 Fevral 2015 - 23:24
in XƏBƏR LENTİ

Asəf Quliyev

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Qarabağın taleyi Ukraynada həll olunur”. Son günlər ortalığa atılan gülünc bir tezis. Ona514218220495 görə gülüncdür ki…

Ərəb baharı başlayanda yadınızdadırsa belə bir tezis vardı: “Azərbaycan demokratiyasının taleyi ərəb ölkələrində həll olunur” və yaxud, “Ərəb ölkələrindən sonra növbə Azərbaycana gələcək”.

Əlbəttə, bu, tezis müəlliflərinin arzularının ifadəsi idi. Amma zaman göstərdi ki, bu arzular heç də Azərbaycanın mənafeyinə uyğun deyil.

Ərəb baharının ilk yelləri əsəndə görkəmli alim Rafiq Əliyevlə bir məclisdə rastlaşdıq. Xeyli jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi də vardı. Rafiq Əliyevə Ərəb baharının Azərbaycana gəlişi ilə bağlı fikirlərini söyləmək xahiş olundu. Professor çox təmkinlə bir cümlə dedi:“Azərbaycan ərəb ölkəsi deyil”.

Bəli, doğurdan da, Azərbaycan ərəb ölkəsi deyil.

Mənə elə gəldi ki, Rafiq Əliyevə sual verənlər reallıqlara öz arzuları prizmasından baxır. Elə Rafiq Əliyevin cavabını da onun arzularının reallıqla uzlaşması kimi qəbul elədim. Əlbəttə, bu mənim subyektiv fikrim idi. Kimsə Rafiq Əliyevin fikirlərini başqa cür də yoza bilər. Ruslar demiş “каждый думает в меру своей испорченности.”

Ukraynada baş verən Maydan hərəkatı zamanı da belə fikirlər səslənməyə başladı: “Azərbaycan demokratiyasının taleyi Ukraynada həll olunur”. Hətta, bəzi “demokrat” qardaşlar Kiyevə səfər elədi. Ukrayna xalqına dəstək nümayiş etdirdi. Sözsüz ki, bu hər bir fərdin öz işidir. Və hər bir fərd istədiyi yerə gedib, istədiyi siyasi qüvvəyə simpatiyasını izhar edə bilər.

Həmin hadisələr vaxtı Ukraynada Azərbaycan bayrağı da qaldırıldı. Kimlərsə bunu fəxrlə qeyd də etdi. Amma mən anlamadım ki, Kiyevdə, vətəndaş müharibəsinin astanasında olan bir məmləkətdə Azərbaycan bayrağının qaldırılmasına görə niyə fəxr elədilər. Kimlərsə Şuşanı, Xankəndini Kiyevlə dəyişik salmışdı, deyəsən?

Bu da keçdi. Və Ukrayna nə hala düşdü görürük.

İndi də Ukraynadan Qarabağa nicat gözləyirlər.

Doğurdanmı???

Azərbaycan ərəb ölkəsi deyil. Azərbaycan heç Ukrayna da deyil. Azərbaycan Azərbaycandır.

Azərbaycanda da Ukraynanın bu gün düşdüyü günləri yaşamışıq. 1992-ci ildə. Yadınızda deyilsə, yadında olanlardan soruşun.

Azərbaycan bu gün Ukraynada baş verənləri 1992-ci ildə yaşayıb.

Xalq ayağa qalxdı. Ruspərəst hakimiyyəti devirdi. Əvəzində ümumxalq səsverməsi ilə prezident seçildi. Seçilmiş prezident məsələni hərbi yolla həll etmək istədi. Müəyyən uğurlar oldu. Meydan hərəkatında olanlar öz iddialarını ortaya qoydu. Hakimiyyətə tabe olmayan silahlı qüvvələr meydan suladı. Sonra uğurlar uğursuzluqlarla əvəz olundu.

İndi Siz deyin bu sadaladıqlarım Azərbaycanda baş verib, yoxsa Ukraynada?

Özünüzü yormayın. Hər ikisində.

İndi kimsə mənə ritorik bir sual ünvanlayacaq: Bəs deyirsən Azərbaycan Ukrayna deyil?

Bəli, dostlar. Bugünkü Azərbaycan, bugünkü Ukrayna deyil.

Bugünkü Ukrayna 23 əvvəlki Azərbaycana bənzəyir.

Bugünkü Ukrayna, 23 il əvvəl Azərbaycanın etdiyi səhvləri edir.

23 il əvvəl Azərbaycanda ABŞ və Rusiyanın maraqları toqquşurdu. Bu gün Ukraynada toqquşduğu kimi. Amma bu gün Azərbaycanda ABŞ və Rusiyanın maraqları toqquşmur.

23 il əvvəl Azərbaycanda maraqlar toqquşduğu bir vaxtda Ermənistanda bu maraqlar üst-üstə düşürdü. Bunu biz çox gec anladıq. Daha doğrusu, xalq bunu bilən adama çox gec güvəndi.

Hətta indi də kimlərsə bunu anlamayıb. Və məhz ona görə də “Qarabağın taleyi Ukraynada həll olunur” tezisi yaranıb.

Qarabağın taleyi Prezident İlham Əliyevin Avropanın mərkəzində “erməni əsgəri Ağdamda nə gəzir?” sualına cavab veriləndə həll olunacaq.

Amma, hələ ki, ermənilər də, avropalılar da, amerikalılar da, ruslar da bu suala cavab verəcək qədər adil deyillər.

Və nə qədər ki, cavab verməyəcəklər, Ağdamda uçmağa cürət edən helikopterləri vurmalıyıq. Bax beləcə həll etmək məcburiyyətindəyik Qarabağın taleyini.

O ki, qaldı Minskdə keçirilən danışıqlardan sonra Ukraynanın taleyinin necə olacağına?

Dostlar, doğurdanmı bu ad sizə heç nəyi xatırlatmır?!.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qüdrət HƏSƏNQULİYEV: “Onlar son prezident seçkilərində xarici güclərin əlində bir alət olublar…”

Next Post

Yunanıstan yığması erməniyə tapşırıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yunanıstan yığması erməniyə tapşırıldı

ABŞ-ın yeni səfiri Bakıya gəldi və azərbaycanca danışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.