"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan 180 ölkə arasında 31-ci oldu

29 Yanvar 2016 - 18:58
in XƏBƏR LENTİ

Azərbaycanın Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi reytinqində 180 ölkə arasında 31-ci yeri tutması ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsinin aydın təzahürüdür.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi reytinqində 180 ölkə arasında 31-ci (Yaponiya, Belçika, Niderland, İsrail kimi dünyanın bir sıra qabaqcıl ölkələrindən öndəyik) yerdədir.

ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance Index) hazırlanıb. Sənəddə 180 ölkə arasında 2 sahə (insan sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi) və 9 istiqamət üzrə qiymətləndirmə aparılıb.

Qiymətləndirmə nəticələrinə əsasən, ABŞ-ın Yel və Kolumbiya universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycanı dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 83.78 balla 31-ci yerə qoyub. Bununla da reytinq sıralanmasına görə, Azərbaycan Yaponiya, Belçika, Niderland, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Digər diqqətçəkən məqam odur ki, qiymətləndirmədə qonşu Gürcüstanla Azərbaycan arasında 20 bal fərq olduğu halda, Azərbaycanla 1-ci yerdə olan Finlandiya arasında cəmi 7 bal fərq var.

Eyni zamanda regional səviyyədə aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, Yel və Kolumbiya universitetləri Azərbaycanı Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə 2-ci yerə çıxarıb (Cədvəl 2). Bu sıralamada Azərbaycan Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Belarus kimi ölkələrdən qabaqdadır. MDB ölkələri arasında isə 1-cidir. Əldə edilən bu yüksək göstərici ölkədə ətraf mühit sahəsində son illərdə baş verən müsbət dəyişikliklərin çox qısa müddətdə sürətlə və ciddi şəkildə aparılmasına dəlalət edir. Yəni ənənəvi olaraq inkişaf etmiş ölkələrdə ekoloji vəziyyətin sağlamlaşdırılması uzun illər ərzində müəyyən bir bazanın yaranması nəticəsində əldə edilib və bu ölkələrdə baş verən dəyişikliklərin son illərdə o qədər də gözə çarpan olmaması fonunda Azərbaycanda qısa zamanda bu sahədə aparılan islahatlar və uğurlu fəaliyyətin sürəti baza səviyyəsinə nisbətdə köklü dəyişikliklərə səbəb olub və ABŞ universitetləri tərəfindən obyektiv qiymətləndirilib.

Nazirlikdən bildirilib ki, sənədə əsasən Azərbaycan İqlim və Enerji istiqamətinə görə sıralamada 100 ballıq sistem üzrə 97.94 balla qiymətləndirilərək bütün ölkələr arasında 2-ci, həmin bölmənin Karbon İntensivliyi göstəricisi üzrə isə 100 balla 1-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, son illər ölkədə iqtisadiyyatın 3 dəfədən çox böyüməsinə baxmayaraq tullantıların azaldılması istiqamətində həyata keçirilən konkret tədbirlər hesabına həmin tullantıların 1990-cı ilin baza səviyyəsindəki 73 milyon tondan 51 milyon tona qədər endirilməsinə nail olub. Belə ki, 1990-2000-ci illərdə Azərbaycanda istilik effekti yaradan qaz tullantılarının azaldılması əsasən sovet iqtisadiyyatının dağılması səbəbindən iqtisadi tənəzzüllə bağlı idisə, 2000-ci ildən sonrakı dövrdə ölkə üzrə ÜDM-in və sənaye istehsalının dəfələrlə artmasına, minlərlə yeni müəssisələrin yaradılmasına baxmayaraq, tullantıların miqdarı azalıb və karbon intensivliyi göstəricisi aşağı düşüb ki, bu da ölkədə bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətlərlə, xüsusilə də yeni texnologiyalardan istifadə və yeni meşəsalma tədbirləri nəticəsində karbon udulması prosesləri ilə bağlıdır.

Daha bir uğurlu göstərici isə odur ki, Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub. Bu yüksək göstəricinin əldə edilməsinin səbəbi yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artırılaraq 11,8 faizə çatdırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən, qanunsuz ağac kəsmə hallarının qarşısının alınması, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması olub. Ümumilikdə bu günə kimi ekologiya sahəsində qiymətləndirmə aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin qiymətləndirmə nəticələri ilə müqayisədə, ABŞ-ın tanınmış Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanmış bu Ekoloji İndeksdə Azərbaycanın sıralamada yüksək yer tutması, ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsinin aydın təzahürüdür.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zülfüqarlı qardaşlarının zavodlarının işçiləri prezidentə müraciət etdilər

Next Post

`Kim 42 qəpiyə məhsul satar?` – Parlamentdə müzakirə

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Kim 42 qəpiyə məhsul satar?` - Parlamentdə müzakirə

Azərbaycan borc almayacaq - Prezidentdən AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.