"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan 2050-ci ilə qədər bu öhdəliyi götürüb – Tağıyeva

01 Dekabr 2023 - 19:05
in GÜNDƏM

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında Azərbaycan öz pavilyonu ilə təmsil olunub. Pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində dövlət siyasəti, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün görülən işlər, eyni zamanda, emissiyaların azaldılması sahəsində töhfələr barədə geniş məlumat verilib. Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir. Lakin buna baxmayaraq beynəlxalq səylərə dəstək olaraq Azərbaycan Çərçivə Konvensiyasının katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib.
Elchi.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28 jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini xatırladıb ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb.
“Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin emissiya karbon neytrallığı zonası elan olunub. İqlim dəyişikliyinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Təkcə 2023-cü il ərzində artıq 2 milyon müxtəlif cinsli ağac əkilib. İlin sonuna qədər bu rəqəmin 3 milyona çatdırılması planlaşdırılır. Gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasında bunun böyük bir töhfəsi olacaq”, – deyə U.Tağıyeva bildirib.
Azərbaycan iqlim dəyişikliyinə həssas olan ölkələrdən biri olduğunu qeyd edən nazir müavini bildirib ki, son illərin statistik məlumatlarının təhlili göstərir ki, ölkənin iqlim dəyişikliyinə həssaslıq indeksi artır. Lakin bu, tək Azərbaycan üçün səciyyəvi deyil. Bütün dünyada təbii fəlakətlər artmaqdadır. Buna görə ölkələrin qarşısında duran digər əhəmiyyətli bir vəzifə ölkələrdə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər “Erkən xəbərdarlıq hər kəs üçün” təşəbbüsü irəli sürülüb. “Bu sahədə də Azərbaycanda dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görülür. Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur. Erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir”, – deyə nazir müavini bildirib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avstraliyadan əlamətdar qərar: Şimali Koreyaya casus peyk sanksiyaları…

Next Post

Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulur

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulur

Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulur

Prezident Ərdoğan BƏƏ prezidenti ilə görüşüb

Prezident Ərdoğan BƏƏ prezidenti ilə görüşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.