Bu gün Azərbaycan ölkəmizdə həbsə məhkum edilmiş 21 nəfər İran vətəndaşını adıçəkilən ölkəyə təhvil verib.
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, məhbuslar İrana “Astara” sərhəd-keçid məntəqəsində təhvil verilib. Məhbuslar cəzasının qalan hissəsini vətənlərində çəkəcək. O da qeyd edilib ki, hazırda Azərbaycan həbsxanalarında 128 İran vətəndaşı olan məhbus var, 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır.
Qarşı tərəfə təhvil verilən məhbusların əksəri narkotik qaçaqmalçılığına görə cəza çəkənlər olub. Məhbusların qarşı tərəfə verilməsi iki ölkə arasındakı saziş çərçivəsində həyata keçirilib.
Səfirlikdən onu da bildiriblər ki, hazırda Azərbaycan həbsxanalarında 125-dən artıq İran vətəndaşı var, daha 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır.




