Xarici İşlər Nazirliyində Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.
Elchi.az xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer, XİN sözçüsü Leyla Abdullayeva və digər şəxslər iştirak edir.








