"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan Aİ ilə münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlıdır”

01 İyul 2015 - 18:44
in SİYASƏT MANŞET

53298Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Belarus paytaxtı Minsk şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

ANS PRESS-in məlumatına görə, görüşdə iştirakçılar Şərq Tərəfdaşlığının Riqa Zirvə toplantısından sonra Avropa İttifaqı (Aİ) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar.

Bu xüsusda nazir müavini M.Məmməd-Quliyev Azərbaycan Respublikası və Aİ arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat bağlantılarının yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarına toxunub. O, həmçinin Azərbaycanda yaxşı idarəçilik, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə “ASAN xidmət”in səmərəli fəaliyyətini qeyd edib.

Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.

M.Məmməd-Quliyev qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından Azərbaycanın Aİ ilə gələcək münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Ümumiyyətlə, xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşləri növbəlilik əsasında Şərq Tərəfdaşlığı ölkələrinin paytaxtlarında təşkil olunur və məqsəd tərəfdaş ölkələr və Aİ arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Bundan əvvəlki qeyri-rəsmi dialoq görüşü ötən il sentyabrın 9-da Bakı şəhərində keçirilib.

“Şərq Tərəfdaşlığı” Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bunlar Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorus və Ukraynadır.

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Bu proqramda ilk növbədə siyasi baxımdan assosiativlik, iqtisadi baxımdan isə inteqrasiya məsələləri qeyd olunub. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində dövlətlərə 4 istiqamətdə əməkdaşlıq imkanları təqdim edilib. Bunlar demokratiya və hüquqi institutların inkişafı, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələr – viza rejiminin sadələşdirilməsi və ləğvi məsələləridir.

Bu il mayın 21-22-də Latviyada keçirilən sammitdə diqqət mərkəzində saxlanılan ilk məsələ 6 “Şərq tərəfdaşlığı” ölkəsinin Ukrayna böhranı ilə əlaqədar mövqeyi olub.

Xatırladaq ki, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. 2001-ci il yanvarın 25-də isə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısında Azərbaycanın bayrağı qaldırılıb.

Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra konvensiyalarına, o cümlədən, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulub. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində, 2001-ci il yanvarın 25-də Strasburqda imzalanıb və həmin il dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bir sözüm var ürəyimdə”- Şair Xatirə Rəhimbəylinin yeni kitabının təqdimatı

Next Post

Daha bir şirkət rəhbəri həbs edildi

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Daha bir şirkət rəhbəri həbs edildi

Heydər Əliyev prospektində kütləvi dava...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.