"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan ATƏT PA-da bu məsələləri qaldıracaq

19 Fevral 2024 - 17:23
in GÜNDƏM

ATƏT PA-nın qış sessiyasında əsasən Avropada təhlükəsizlik, Ukrayna münaqişəsi, Daimi Komitədə bir sıra təşkilati məsələlər müzakirə ediləcək, Prezident və Baş katibin hesabatı dinləniləcək.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu sözləri Elchi.az-a ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyev qurumun qış sessiyasında müzakirə olunacaq məsələlər haqda danışarkən deyib.

O bildirib ki, bu sessiyada Azərbaycanın əleyhinə har hansı qərarın qəbul edilməsi gözlənilmir:

“ATƏT PA-nın Azərbaycana ədalətli, obyektiv mövqeyini qoruyub saxlamaq istiqamətində nümayəndə heyəti var gücü ilə çalışacaq.

ATƏT PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin müzakirəyə təqdim etdiyi və qaldırdığı məsələlər isə bunlardır:

– COP29-la bağlı Azərbaycanın gördüyü işlər və prosesə ATƏT PA-nın verdiyi töhfə;

– Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olması;

– Orta Dəhlizin mühüm seqmenti kimi Türkiyəyə, oradan da Avropaya asan çıxışın yaradılması;

– Zəngəzur dəhlizinin əhəmiyyəti və bölgəyə verəcəyi dividendlər;

– Ermənistanla sülh sazişinin imzalanması üçün danışqların vasitəçi olmadan həyata keçirilməsinin əhəmiyyəti.

Həmçinin Ermənistanın Konstitusiyasında qonşu dövlətlər, xüsusilə də Azərbaycana qarşı birbaşa ərazi iddiasının olması və Almatı Bəyannaməsinin şərtləri üzərində manipulyasiya etməsi sülh sazişinin imzalanmasında iki mühüm problem kimi diqqətə çatdırılacaq.

ATƏT PA Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini birbaşa dəstəkləyir. Bu dəstək fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı qurumun hesabatında özünü bir daha göstərdi. Bundan başqa, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin öz ata-baba yurduna köçürülməsi ilə bağlı ATƏT PA Azərbaycana qarşı obyektiv mövqe nümayiş etdirir”.

A.Quliyev əlavə edib ki, ATƏT PA-nın qış sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının qurumda təmsil olunan nümayəndə heyətləri bir araya gələcək:

“Görüş zamanı əməkdaşlıq və birgə fəaliyyətimizi koordinasiya etməyi planlaşdırmışıq”.

Qeyd edək ki, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsrail Silvanı “persona non-grata” elan edib

Next Post

Von der Leyen: “Aİ Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsini qanuniləşdirəcək”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Von der Leyen: “Aİ  Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsini qanuniləşdirəcək”

Von der Leyen: "Aİ Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsini qanuniləşdirəcək"

Çexiya  etiraz edən fermerləri belə ittiham edib

Çexiya etiraz edən fermerləri belə ittiham edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.