"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan Avronestdən getdi: Ermənistan arxadan zərbə vurdu

30 Mart 2016 - 17:01
in XƏBƏR LENTİ
Azərbaycan Avronestdən getdi: Ermənistan arxadan zərbə vurdu

Ölkəmizə qarşı Avropa Parlamentinin yol verdiyi destruktiv hərəkətlərə və qəsdli kampaniyalara cavab olaraq Milli Məclisin Azərbaycanın Avronest Parlament Assambleyasından çıxması barədə 2015-ci ildə qəbul etdiyi qərar ölkəmizin əleyhinə ciddi diplomatik nəticələrə gətirib çıxara bilər.
Martın son həftəsində Avronest PA-nın sessiyası keçirildi və onun yekunlarına əsasən, Rusiya Federasiyasının hərəkətləri qınanıb və AŞPA deputatı Nadejda Savçenkonun azad edilməsi tələbi ilə qətnamə qəbul olunub. Bundan əlavə, Aİ və “Şərqi əməkdaşlıq” ölkələrinin xarici siyasət və mümkün təhlükələr üzrə mövqeyi barədə məruzə layihəsi dinlənilib və bu zaman Azərbaycan nümayəndə heyətinin yoxluğu Yerevanın xeyrinə olub.
Sonradan erməni deputat, Arvonest PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Artak Zakaryanın sonradan bildirdiyi kimi, erməni tərəfi Aİ və “Şərqi əməkdaşlıq” ölkələrinin xarici siyasət və mümkün təhlükələr üzrə mövqeyi barədə məruzə layihəsindən bəzi “xoşagəlməz ifadələri” çıxarmağa müvəffəq olub. Məlum olub ki, gürcü deputatlar ərazi bütövlüyünün təminatı və “Şərqi əməkdaşlıq” ölkələrində işğal edilmiş torpaqların yolverilməzliyi ilə bağlı iki təklif irəli sürüblər.
“Azərbaycanın bunla bağlı necə hərəkət edəcəyini hamı bilir. İclasda gürcü həmkarlarımız razılaşdılar ki, həmin ifadələr mətndən çıxarılsın”, – Zakaryan sevinərək deyib.
Özü özlüyündə bu, gürcü deputatlar və ümumilikdə Avronest üçün qəribə mövqedir. Aydın məsələdir ki, Azərbaycan kimi Ukrayna, Gürcüstan və Moldova üçün də ərazi bütövlüyü və özgə torpaqlarının işğalı məsələsi vacib bəndlərdir. Lakin Azərbaycan nümayəndə heyətinin olmaması ona gətirib çıxarıb ki, ermənilər gürcüləri bu ifadələrin mətndən çıxarılmasına razı sala biliblər.
Bəs görəsən belə qərar verərkən gürcü deputatları nə fikirləşirdilər?
Virtualaz.org vəziyyəti aydınlaşdırmaq üçün Avronest PA-nın həmsədri Viktor Dolidzeyə müraciət edib.
V.Dolidze ilk növbədə təəssüf etdiyini bildirib ki, Azərbaycan Avronestin işində iştirak etməkdən imtina edir. O, həmçinin aprel ayında Azərbaycana səfər edəcəyini də bildirib.
“O ki, qaldı sizin qaldırdığınız məsələyə, Ermənistan tərəfi xahiş etdi ki, mətndə “Gürcüstanın işğal olunmuş torpaqları” ifadəsi əksini tapsın. Əgər sizin nümayəndələr orda olsaydı və ifadənin dəyişməməsi xahişini etsəydilər, biz onlarla razılaşardıq. O zaman elə alınardı ki, söhbət bütün “Şərqi əməkdaşlıq” ölkələrinin ərazi bütövlüyündən gedir. Gürcüstan həmişə nəiunki Azərbaycanın, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyib”, – V.Dolidze belə deyib.
Necə olursa olsun, nümayəndə heyətimizin belə vacib sənədlərin müzakirəsində Avronest PA-da iştirak etməsi arzuolunandır. O ki qaldı gürcü nümayəndə hüyətinin qərarına, onların öz siyasəti və maraqları var və biz oturub gözləməməliyik ki, kimsə yerimizə bizim işimizi görəcək.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Banklar çətin durumda – 11 milyard pul bata bilər

Next Post

Manat kəskin bahalaşacaq – Ekspert

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Manat kəskin bahalaşacaq – Ekspert

Kəmaləddin Heydərov misirli generalla nədən danışdı?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.