“Yaxın vaxtlarda Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanması üzrə danışıqlar başlayacaq”.
Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan danışıqlar üzrə nümayəndə heyətinin formalaşma prosesini davam etdirir.
Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar prosesinə toxunan nazir müavini qeyd edib ki, bu il ərzində Cenevrədə görüşün keçirilməsi nəzərdə tutulur.




