"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan bərk buğdanın əsas ixracatçılarından biri ola bilər”

30 Avqust 2018 - 16:26
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan bərk buğdanın əsas ixracatçılarından biri ola bilər.

Elchi.az Trend-ə istinadən xəbər verir ki, bunu Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai deyib.

O qeyd edib ki, İnstitut bərk buğdanın keyfiyyətini öyrənmək və Azərbaycanda buğdanın bu növünün geniş əkilməsini sınaqdan keçirmək istəyir: “Ölkəmizin iqlimi bərk buğda üçün münasibdir. Dünya bazarında bərk buğdanın qiyməti çörəklik buğdanın qiymətindən 2 dəfə artıqdır. Sınaqlarımız uğurlu olarsa, bərk buğdanın istehsalını və emalını artıra bilsək, əsas ixracatçılarından biri də biz ola bilərik. “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində bizə bərk buğdanın üyüdülməsi üçün dəyirman alınaraq verilib”.

Məhsuldarlığı ilə fərqlənən keyfiyyətli yerli sortlardan danışan C.Təlai bildirib: “Bir neçə gün əvvəl iri taxılçılıq şirkətlərindən biri bizim “Qobustan” sortunu və xarici sortları keyfiyyət göstəricilərinə görə sınaqdan keçirib. “Qobustan” sortunun zülalı və yapışqanlığı analiz nəticələrində yüksək çıxdığından doğruluğuna şübhə yaranıb. Öz nəticələrinin doğruluğuna əmin olmaq üçün nümunələri Avstriyaya da göndəriblər. Nəticələr Avstriyada da təsdiqlənib. Doğrudan da Azərbaycanın iqlim şəraiti buğdada zülalın yüksək miqdarının toplanmasına imkan verir. Çünki bizdə günəşli günlərin sayı çoxdur”.

Onun sözlərinə görə, bununla belə, buğdada yapışqanlığın deformasiya indeksi deyilən bir göstərici də var: “Bu göstərici ilə 1-ci keyfiyyət qrupuna düşmək bizdə çətindir. Nəticə günəşli günlərin sayından, intensivliyindən, vaxtından asılıdır. Məsələn, Rusiyada, eləcə də Qərbi Avropa ölkələrində yay aylarında temperatur tədricən qalxmağa başlayır. Bizdə isə may ayında birdən-birə istilər düşür və nəticədə məcburi yetişmə baş verir. Bu isə zülalın strukturunda pozuntulara gətirib çıxarır. Ona görə də Rusiyadan gətirilən buğda toxumları yalnız həmin ilin keyfiyyət göstəricilərinə görə dövlət standartlarına cavab verir. Həmin sort növbəti ilin məhsulu üçün əkildikdə görürük ki, göstəricilər dəyişir. Ancaq bu o demək deyil ki, 1-ci keyfiyyət qrupuna düşməyən buğdadan çörək bişirmək olmaz. Bizim 2-ci keyfiyyət qrupuna düşən buğdalardan da çox yüksək keyfiyyətli çörək alınır. Ətrinə də, dadına da söz ola bilməz”.

İnstitut direktoru vurğulayıb ki, Azərbaycandakı buğda məhsuldarlığını Avropa ölkələri ilə müqayisə etsək, onlarda məhsuldarlığın yüksək olduğunu görərik: “Xüsusilə, Almaniyada, Fransada hektardan 60-80 sentner məhsul yığılır. Buna həmin ölkələrin iqlim şəraiti imkan verir. Amma bizim də müəyyən fərqimiz var. Azərbaycanda buğdanın vegetasiya dövrü ildən asılı olaraq Aran bölgələrdə 215-230 gün arasında davam edir, yəni məhsul tez yetişir. Amma Qərbi Avropa ölkələrində bu dövr 260 gündən çox davam edir. Belə gec yetişdiyinə görə də məhsul lazımi kondisiyaya çatır, bitki məhsuldar və keyfiyyətli olur. Rusiyanın Krasnodar diyarında buğdanın orta məhsuldarlığı 55 sentnerdir. Amma ümumilikdə Rusiya üzrə orta məhsuldarlıq son beş ildə 23-32 sentner təşkil edib”.

C.Təlai deyib ki, xarici ölkələrdə yüksək məhsuldarlıq göstəricisi olan sortları Azərbaycanda əksək, eyni göstəricini verməyəcək: “Səbəbi də torpaq və iqlim şəraitidir. Ona görə də yaxşı olar ki, bizim fermerlər öz buğda sortlarımızı əksinlər. Bu sortlar bizim zona, torpaq və iqlim şəraitimizə uyğun olaraq yetişdirilib. Buğdanın müxtəlif həyat tərzləri var – payızlıq, yazlıq və fakultativ buğdalar. Hər bir dövrdə inkişafı normal gedən sort əkilməlidir. Məsələn, payızlıq buğdanı yazda əksən, sünbül verməyəcək. Fazalar arasındakı inkişaf normal getdikdə, məhsul normal yetişir, məhsuldarlıq da, keyfiyyət göstəriciləri də yüksək olur.

Bizim “Qırmızı gül-1” suvarma şəraitində ən yaxşı sort sayılır. Həmçinin “Murov 2”, “Şəfəq 2”, “Zirvə 85”, “Azəri” , “Aran” sortları suvarma şəraitində əkilmək üçün yaradılıb. “Qobustan” sortunu həm suvarmada, həm də dəmyədə əkmək olar. Bu sort yüksək məhsuldarlığı ilə seçilir. Hektardan 60-70 sentner məhsul götürən şirkətlər var. Dəmyə şəraiti üçün digər sortlardan “Qızıl buğda”, “Ləyaqətli-80″ sortlarını qeyd etmək olar. Bir məqamı da qeyd etmək istəyirəm, bizim fermerlər sovet dövründən qalma ənənə ilə daha çox qırmızı dənli buğdalara üstünlük verirlər. Çünki qırmızı dənli buğda sortları Rusiyada, eləcə də Qərbi Avropa ölkələrində daha çox becərilir. Səbəbi də odur ki, yağış yağdıqda ağ dənə malik sünbüllər nəmi özünə tez çəkir, sünbül üzərində cücərmə baş verir. Bu da məhsulu zay edir və keyfiyyəti aşağı salır. Biz isə belə bir problemlə çox nadir hallarda üzləşirik. Ağ dənli buğdalardan da yüksək keyfiyyətli çörək alınır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avqustun son gününün HAVA PROQNOZU

Next Post

Qızıl çıxarmaq üçün qazıntı aparan şəxslər saxlanıldı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Qızıl çıxarmaq üçün qazıntı aparan şəxslər saxlanıldı

Qızıl çıxarmaq üçün qazıntı aparan şəxslər saxlanıldı

Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı: “Allah hamının qapısını açsın” – VİDEO

Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı: "Allah hamının qapısını açsın" - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.