"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmayıb” – AÇIQLAMA

25 Aprel 2023 - 21:18
in SİYASƏT

 

“Azərbaycan-Ermənistan sərhəddində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqsinin qurulması zəruri idi. Hər birimiz uzun müddətdir ki, həmin yoldan Ermənistan tərəfinin sui-istifadə etdiyinin, özündə əslində humanitar məqsədləri ehtiva edən yoldan silah-sursat, mina daşınması üçün istifadə olunduğunun şahidi idik. Çox təssüf ki, həmin yola nəzarət etməli olan rusiya sülhməramlıları da üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirməyərək və ya yetirmək istəməyərək bir çox hallarda Ermənstan tərəfinin bu özbaşınalığına göz yumur və hətta həmin silahların daşınmasında iştirak belə edirdilər”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az Faktmedia.az-a istinadən xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə deyib. Politoloq bildirib ki, nəticdə həmin yolun nəzarətdən kənarda qalması faktiki olaraq separatşı rejimin silahlandırılmasına, ərazilərimizdə hələ də qalmaqda davam edən 10 mindən artıq terrorçu erməni hərbi birləşmələrinə silah sursat və mina daşınmasına xidmət edirdi:

“Üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı öhdəlik götürüb. Əgər biz həmin yola nəzarət etmiriksə və o yoldan kim istəsə nə istəsə daşıya bilərsə o zaman verdiyimiz öhdəliyi necə yerinə yetirə bilərik. Axı bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını da ehtiva edir. Demək ki, müvafiq sərhəd buraxılış məntəqəsinin qurulması zəruri idi və bu da həyata keçirildi. Başqa szölə desək Azərbaycan sərhəd buraxılış məntəqəsi qurmaqla faktiki olaraq təhlükəsizliyin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirib.

Düşünürəm ki, bu hadisə təkcə qanunsuz hərbi birləşmələrin təchzitaının qarşısını almayacaq, eyni şəkildə həm Ermənistanın, həm də separatçı rejimin bundan sonra ağıllarını başlarına yığmasına təkan verəcək. Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən hər vəchlə yayınan və sülh danışıqlarını sabotaj edən Ermənistan tərəfi nəhayət ki, bunun fayda verməyəcəyini anlayacaq və dərk edəcək ki, revanşist bəyanatlar səsləndirməklə, müxtəlif yollardan sitifadə edərək separatçı rejimə dəstək verməklə nəyəsə nail olmaq mümkün olmayacaq.
Digər tərəfdən, Ermənistan Soçi və Praqa görüşləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyib, tərəflərin Almatı Bəyannaməsinə və BMT Nizamnaməsinə uyğun birgə hərəkət etməsi qeydə alınıb. Eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda parlamentdə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair Soçi və Praqa görüşlərinin əhəmiyyətini vurğulayıb. Ona görə də Azərbaycanın Həkəri çayı üzərində Ermənistanla Laçın rayonunu birləşdirən kommunikasiya xəttində sərhəd-buraxılış məntəqəsini qurması həm də beynəlxalq hüquqa söykənir. Öz sərhədlərində buraxılış məntəqəsi və ya kömrük postları qurmaq hər bir ölkənin suveren hüququdur. Bu mənada demək olar ki, Azərbaycanın adı çəkilən ərazidə sərhəd-buraxılış məntəqəsi qurması həm də beynəlxalq hüququn fundamental norma və prinsiplərindən irəli gəlir.

Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Laçın yolu üzərində nəzarətin həyata keçirilməsi ümumiyyətlə regionun təhlükəsizliyinə də öz töhfəsini vercəkdir”.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ermənistan bu hərəkətlərin qarşısını alınmalıdır” – Mustafa İlaclı

Next Post

Aİ əsas rəqəmsal platformalar müəyyən edir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Aİ əsas rəqəmsal platformalar müəyyən edir

Aİ əsas rəqəmsal platformalar müəyyən edir

Sudanda fəlakət yaşanır

Sudanda fəlakət yaşanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.