"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan bizim, həmçinin region üçün vacib və stabil ölkələrdəndir”

12 Fevral 2016 - 19:23
in XƏBƏR LENTİ

<font color=red><b>“Azərbaycan bizim, həmçinin region üçün vacib və stabil ölkələrdəndir”</b></font>

Yan Zahradil: “Biz, Avropa Parlamentinin qüzvləri olaraq Azərbaycanla Avropa ölkələri arasında dostluq münasibətlərinin inkişafı üçün öz səylərimizi əsirgəməyəcəyik”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Riçard Çarneski: “Bizim səfərimiz Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dəvətiylə fevralın 11-dən etibarən Azərbaycanda səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti-Alyansın prezidenti Yan Zahradil, Avropa Parlamentinin vitse-prezidenti Piçard Çarneçki, Alyansın AŞ PA-dakı qrupunun baş katibi Tom Van Dik, Alyansın Baş katibi Riçard Milsom – və BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev dünən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarətdən sonra BAXCP-nin mərkəzi qərargahına gələn avropalı qonaqlar burada mətbuat konfransı keçiriblər.
Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, nümayəndə heyətinin rəhbəri, Yan Zahradil bildirib ki, Alyans bir çox ölkələri əhatə edir: “Biz, bura Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri cənab Qüdrət Həsənquliyevin dəvəti ilə gəlmişik. Eyni zamanda, nəzərinizə çatdırım ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bu yaxınlarda bizim qürurverici üzvümüz olub. Burada üzv partiyalarla görüşlərdən başqa həm də rəsmi dövlət nümayəndələri ilə də görüşlər təşkil edəcəyik. Gün ərzində Milli Məclisin rəhbəri cənab Oqtay Əsədov və xarici işlər nazirinin müavini cənab Mahmud Məmmədquliyevlə görüşəcəyik. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev ölkədə olmadığından onunla görüşümüz alınmayacaq”.

“BAXCP bizim dostumuzdur”

Yan Zahradil “BAXCP bizim dostumuzdur”, – deyə vurğulayıb: “Eyni zamanda, biz bütün Azərbaycanı özümüzə dost bilirik. Azərbaycan bizim, həmçinin region üçün vacib və stabil ölkələrdəndir. Əksəriyyəti müsəlman əhalisi olan Azərbaycan tolerant ölkə olaraq digər ölkələrə nümunədir. Biz, Avropa Parlamentinin üzvləri olaraq Azərbaycanla Avropa ölkələri arasında dostluq münasibətlərinin inkişafı üçün öz səylərimizi əsirgəməyəcəyik”.
Alyansın prezidenti qeyd edib ki, Azərbaycan dövlətinin rəsmilərilə görüşlərdən sonra Bakını gəzməyi düşünürlər:”Biz çox iş görməliyik ki, ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirək”.
“Azərbaycanla Avropa Birliyi arasında daha geniş anlaşma olmalıdı”

Avropa Parlamentinin vitse-prezidenti Piçard Çarneçki isə bu fikirləri diqqətə çatdırıb:”Azərbaycanla əlaqələr bizim üçün vacibdir və düşünürük ki, Azərbaycanla Avropa Birliyi arasında dialoq daha da inkişaf etdirilməlidir”. O qeyd edib ki, nümayəndə heyətinin Azərbaycana səfərləri Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək: “Qeyd etmək istrəyirəm ki, cənab Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiya bizim siyasi partiya ailəmizin bir üzvüdür. Biz çox şadıq ki, Azərbaycanda partnyorlarımız var. Bizim Alyans təkcə Avropa Birliyini deyil, bütövlükdə Avropanı əhatə edir. Bizim vacib partnyorlaımızdan biri də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasıdır. Burada olmaqda həm də ona görə şadam ki, cənab Qüdrət Həsənquliyev mənim şox yaxın və dəyərli bir dostumdur. Biz, bir neçə il əvvəl Qüdrət Həsənquliyevlə görüşəndə o ideyanı müzakirə etmişdik ki, BAXCP Alyansın üzvü olsun. Bundan sonra biz sıx əlaqədə olmuşuq. Avropa Birliyi ilə Azərbaycan arasında olan iqtisadi, siyasi əlaqələr ehtiyac duyulandır və çox vacibdir. Düşünürük ki, Azərbaycanla Avropa Birliyi arasında olan dialoq inkişaf etdirilməlidir. Azərbaycanla Avropa Birliyi arasında daha geniş anlaşma olmalıdır. Əminəm ki, bizim səfərimiz Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək. Mən onu da əlavə etmək istəyirəm ki, biz Avropa Birliyi kimi ailəni təmsil etməkdən başqa, həm də 4 müxtəlif ölkəni – Birləşmiş Krallıq, Polşa, Çexiyə və Belçikanı təmsil edirik”.
Yenidən zöz alan Yan Zahradil “bizim Azərbaycana çox önəm verməyimizin sübutu odur ki, bizim Avropa Parlamentində “Azərbaycanın dostları” adlı qrup fəaliyyət göstərir: “Bu qrupa da bizim ailəyə daxil Yunanıstandan olan nümayəndə rəhbərlik edir. Bu da onu göstərir ki, biz Azərbaycana həqiqətən də böyük əhəmiyyət veririk”.

“Alyans olaraq təklif edirik ki, münaqişə tərəfləri bir araya gəlsinlər”

Daha sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin, o cümlədən digər beynəlxalq təşkilatların qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi və bu istiqamətdə Ermənistana heç bir sanksiyaların tətbiq edilməməsi ilə bağlı suala cavab verən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil bununla bağlı tutarlı bir bəyanat vermək imkanında olmadıqlarını bildirib: “Biz Alyans olaraq yalnız qarşılıqlı dialoq, daha yaxşı anlaşma, fikir mübadiləsi üçün platforma təklif edirik ki, bu da münaqişələrin həlli ilə bağlı daha yaxşı ideyaların ortaya çıxmasına kömək edə bilər. Biz hazırda hər hansı münaqişənin həlli ilə bağlı təklif irəli sürmək imkanında deyilik”.
Yan Zahradil onu da deyib ki, AŞ PA kimi beynəlxalq qurumlar Dağlıq Qarabağ haqqında birtərəfli qərar vermir: “Biz Alyans olaraq təklif edirik ki, münaqişə tərəfləri bir araya gəlsinlər”. Onun sözlərinə görə, həm Gürcüstan, həm də Ermənistandan Alyansın üzvü olan partiyalar var: “Bir sıra transmilli qurumlar, o cümlədən AŞ PA həmişə doğru qərar verməyə bilər. Bu fikirlərimi Ermənistandakı görüşlərimdə də ifadə etmişəm. Azərbaycanda da bunu bildirirəm”.
Rıçard Çarnetski isə əlavə edbi ki, Ermənistanda 2, Azərbaycanda isə 4 üzvləri var: “Məncə bu da bizim tərəfdən aydın bir mesajdır”.
Daha sonra avropalı qonaqlar BAXCP rəhbərliyində təmsil olunan şəxslərlə görüşüblər və onlarla fikir mübadiləsi aparıblar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Münhen Təhlükəsizlik konfransı başladı

Next Post

Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycanda görüşləri başlayıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycanda görüşləri başlayıb

Oqtay Əsədov Avropa Parlamentini tənqid etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.