"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan cəmiyyətinin qorxu mənbəyi: Rusiya…

12 Mart 2015 - 17:52
in XƏBƏR LENTİ

Azərbaycan cəmiyyətinin qorxu mənbəyi: Rusiya...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ərəstun Oruclu: “Azərbaycanda Rusiyanın 200 il ərzində kök salmış, şəbəkələşmiş bir sistemi mövcuddur ki, o sistem bu xofu hələ də qoruyub, saxlayıb”

Azərbaycan kimi kiçik bir dövlət üçün dünya nəhəngləri olan Rusiya və Amerika Birləşmiş Ştatları həm önəmli bir tərəfdaş, həm də böyük bir təhlükə mənbəyidir. Bu iki dövləti müqayisə etsək, həm beynəlxalq siyasətdəki hegemonluğuna, həm hərbi gücünə, həm də dünya iqtisadiyyatındakı payına görə ABŞ Rusiyadan dəfələrlə qüdrətli görünür.
Ancaq nədənsə, Azərbaycan ictimaiyyətində, eləcə də siyasi elitasında Rusiya daha qorxulu güc hesab olunur. Bir tərəfdən tarix boyu xalqımızın Çar Rusiyasından və sovet hökumətindən çəkdiyi zülm, digər tərəfdən Rusiyanın Azərbaycanın qonşuluğunda yerləşməsi bu ölkəni daha real təhlükə kimi görməyə əsas verir. Ancaq Rusiyanın hazırki dövrdə ABŞ-ın və Qərbin sanksiyaları qarşısında necə “əridiyini” müşahidə etmək yanlış rəydə olduğumuzu görməyə kifayət edər.
Mövzu ilə bağlı musavat.com-a danışan politoloq Ərəstun Oruclu da bildirdi ki, Azərbaycan cəmiyyətində mövcud olan  ictimai rəydə Rusiyanın necə bir təhlükə olması tarixi təcrübədən bəllidir: “Nə qədər bunu etiraf etməsələr də, ortada reallıq var. Bu reallıq Qərbi Azərbaycan torpaqlarının itirilməsi, onun yerində Ermənistan dövlətinin yaradılmasıdır, azərbaycanlıların son iki əsrdə oradan hansı şəkildə deportasiya olunması və məhv edilməsidir. Digər bir səbəb Rusiyanın törətdiyi Qarabağ problemidir ki, Azərbaycan hələ də bunu yaşamaqdadır. Yaxın tarixdə “20 Yanvar” də təcrübəsi var. Xalq artıq Rusiyanın nə dərəcədə təhlükəli olduğunu öz təcrübəsində görüb. Digər tərəfdən, Rusiyanın coğrafı baxımdan, ölkəmizə yaxınlığı da bu təhlükəni daha real hiss etməyə əsas verir. Xəritəyə baxarkən ABŞ daha uzaqda görünür. Ancaq əslində, müasir dünyada baş verənlərə baxsaq, görərik ki, xəritədəki məsafələr önəm kəsb etmir. Hər şeydən əlavə, Rusiyaya bağlılıq var. Azərbaycanda Rusiyanın 200 il ərzində kök salmış, şəbəkələşmiş bir sistemi mövcuddur ki, o sistem bu xofu hələ də qoruyub, saxlayıb. Bu sistem Rusiyanı bir təhlükə mənbəyi kimi təqdim etməklə yanaşı, həm də onu təbliğ edir ki, biz bu təhlükə ilə hesablaşmalıyıq”.
Politoloq bildirdi ki, məhz sadalanan səbəblərdən Azərbaycanda Rusiyaya münasibət daha loyaldır:“Rusiyanın nə etməsindən asılı olmayaraq, bu ölkə bir o qədər də ittiham olunmur. Məsələn, Rusiya Ermənistanı silahlandırır, açıq-aşkar Ermənistanla hərbi müttəfiqdir. Ancaq Rusiya bir dəfə ittiham olunmur ki, niyə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə mane olur? ABŞ və Avropadan bunu tələb edirlər, ancaq Rusiyadan isə yox… Rusiyanın törətdiyi “20 Yanvar” faciəsini çox əcaib, əsassız və savadsız  şəkildə aparıb, Amerikaya bağlayırlar. Saxta bir sənəd çıxarırlar ki, guya vaxtilə bunu hansısa senator imzalayıb. Bir çox misallar gətirmək olar. Əsas səbəblərdən biri də budur ki, Azərbaycanda Rusiyanın çox güclü və nüfuzlu “beşinci kalon”u mövcuddur. Bu “beşinci kalon”un əlində həm iqtisadi təsir vasitələri, həm media qurumları, həm də hakimiyyət vasitələri var. Onlar da bu cür ictimai rəyi saxlamaqda maraqlıdır. Ancaq hazırda Amerika Birləşmiş Ştatlarının Azərbaycana təsir etmək və ölkə üçün problemlər yaratmaq imkanları Rusiyanın imkanlarından dəfələrlə böyükdür. Əgər, elə Amerikanın Rusiyaya yaratdığı problemlərə nəzər salsaq, bunu anlamaq çətin deyil.
Ancaq təhlükə məsələsinə gəlincə, qorxulu olan Rusiyadır. Çünki ABŞ-ın Azərbaycanla bağlı planlarında tərəfdaşlıq və əməkdaşlıq məqsədi üstünlük təşkil edir. Rusiyanın planlarında isə Azərbaycanı Gömrük İttifaqına qoşmaq, Azərbaycanın sərhədlərini nəzarətə götürmək, ölkə iqtisadiyyatını əlində saxlamaq məqsədi aydın görünür. Təkcə, Rusiyanın Ukraynaya münasibətinə baxmaq kifayət edir ki, bu ölkənin Azərbaycan üçün də nə dərəcədə təhlükəli olduğunu biləsən”.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə musavat.com-a açıqlamasında qeyd etdi ki, Azərbaycanın siyasi elitasında, parlament heyətində, siyasi partiyalar arasında anti-Rusiya əhval-ruhiyyəsi həddindən artıq böyükdür: “Biz bunu müxtəlif dövrlərdə qabarıq şəkildə görməkdəyik. Həqiqətən də tarix, yaxın müstəqillik illəri, Rusiyanın keçmiş hakimiyyətləri dövründə baş verən anti-Azərbaycan hadisələri ictimai rəydə elə dərin köklər salıb ki, bu ölkə əleyhinə böyük bir plasdarm formalaşıb. Adətən, “beşinci kalon” anlayışını qərbpərəstlər məhz ruspərəstləri nəzərdə tutaraq, işlədirlər və bildirirlər ki, guya hakimiyyət cinahında və ya parlamentdə ruspərəstlər var. Bu şəxslər Azərbaycan-Rusiya münsibətlərini çox önə çəkirlər və bu da Qərblə münasibətlərimizin ziyanına işləyir və sair… Mən Azərbaycan siyasi vitrinində olanların fəaliyyətinə az-çox bələdəm. Ancaq açıq şəkildə Rusiya ilə münasibətlərin  tərəfində olan siyasətçiləri demək olar ki, tanımıram. Ölkədə ardıcıl və davamlı olaraq, Rusiya yönümlü siyasət yürüdən təşkilat, beyin mərkəzləri, siyasi institutlar yoxdur. Parlamentdə onların lobbiçiləri də demək olar ki, mövcud deyil. Əlbəttə ki, bu, Rusiyanın ziyanınadır.
İkinci bir tərəfdən, dediyimiz məsələnin Azərbaycan insanının özü ilə bağlı tərəfləri də var. Hətta sabah Rusiya prezidenti Putin ölkəmizin xeyrinə hər hansı qərar versə belə, o çox kritik qarşılanacaq. Çünki 1813-cü ildə, 1828-ci ildə, daha sonra bolşevik hakimiyyəti, ardınca “20 Yanvar” hadisəsi, Xocalı faciəsi və sair Rusiyanın imicini Azərbaycan insanının gözündə belə formalaşdırıb. Bu cür yanaşma ilə Rusiya ilə münasibətləri ən sonuncu yerə qoymaq istəyənlər var.
Rusiyanın işğalçılıq siyasətini tənqid edənlərdən biri mən olsam da, anti-Rusiya mövqeyində olanların əleyhinəyəm. Hesab edirəm ki, bu köhnə fikirlər bizə həddindən artıq mane  olur. Məncə, Azərbaycanda siyasi maraqlarından asılı olmayaraq, ölkənin mənafeyini düşünən hər kəs Rusiya ilə münasibətlərin normal olmasını istəməlidir. Təəssüf ki, bu mövqelər dərin kök salıb. Rusiya da öz tərəfindən çoxlu pullar xərcləmir ki, ölkədə onların təbliğatı aparılsın. Ancaq bu ölkədə 2 milyona yaxın azərbaycanlı çalışır və bəhrələnir, onların içərisində Rusiya sevgisi hansısa formada var”.
Z.Orucun sözlərinə görə, son dövrlər Amerikanın Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətində qırılmalar baş verib: “Biz 2008-ci ilə qədər müəyyən inkişaf xətləri görürdük. Obama dövrü Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş zaman sayıla  bilər. Çünki ABŞ-ın prioritetləri aydın olmadı, Qafqazlardan geri çəkildi və bölgə bütövlükdə region dövlətlərinə verildi. İndi Amerika paralel şəkildə inqilab ixracı, xaos ixracı, bir sıra yerlərdə ağır müharibələr törədib, bölgədən çıxandan sonra ABŞ əleyhinə münasibət formalaşdı. Azərbaycanda anti-Amerika ideyası bir hərəkat şəklində deyil. Bununla bərabər onlar da çalışırlar ki, Rusiya əleyhinə fikri daha çox tirajlasınlar. Bu səbəbdən də Amerikanı Rusiya kimi düşmən yerinə qoyanların sayı daha azdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zorlanan erməni əsgərin dramı

Next Post

O TORPAQLARA QAYIDACAĞIQ…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

O TORPAQLARA QAYIDACAĞIQ...

İsmayıllıda jurnalistin məhkəməsi üzrə hazırlıq iclası olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.