Azərbaycan çempionu 5 legionerlə vidalaşa bilər

>

Azərbaycan çempionu “Telekom” 5 voleybolçusu ilə vidalaşa bilər.

Bunu da oxuyun

Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın bəzi legionerləri ilə müqaviləsinin başa çatmağıdı.

Belə ki, ötən mövsümün əvvəlində transfer olunan Yovana Vesoviç (Serbiya), son 2 ili Bakı klubunda oynayan Kseniya İvanoviç (Monteneqro), Aleksandra Petroviç (Serbiya), Qabriela Koyeva və Mariya Filipova (hər ikisi Bolqarıstan) ilə bağlı yekun qərar verilməyib. Onların komandada qalıb-qalmayacağını baş məşqçi Zoran Qayiç müəyyənləşdirəcək.

Serbiyalı mütəxəssis 2017/2018 mövsümündə qarşılarına qoyulacaq hədəfə uyğun olaraq, legionerlərin xidməti ilə bağlı qərarını açıqlayacaq.

Qeyd edək ki, “Telekom” yeni ildə Çempionlar Liqasında oynayacaq.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728