"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini bərpa edir — RƏSMİ

10 İyul 2020 - 13:55
in SİYASƏT

“Azərbaycan dövləti tərəfindən verilən tapşırıqlar əsasında “Azərbaycan Hava Yolları” QSC Bakı-Berlin və Bakı-London çarter reysləri barədə danışıqlar aparıb, bu reyslərin təşkili üzrə razılıq əldə edilib”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-də yayımlanan “Hədəf” verilişində deyib.


O bildirib ki, Bakı-Berlin, Bakı-London və Bakı-Dubay reysləri üçün müvafiq sənədlərin mübadiləsindən sonra həmin istiqamətlər üzrə uçuşlarla vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq.


“Təbii ki, müntəzəm xarakter daşıyacaq çarter reysləri ilə yanaşı, konkret məntəqələr üzrə də vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunacaq.

 
Bu həftə və gələn həftə üzrə təxliyyə proqramları bəllidir. Bu həftə Moskva-Bakı istiqamətində “Evə gedirəm” portalında qeydiyyata düşən vətəndaşlarımızın təxliyyəsi həyata keçiriləcək. Kiyev-Bakı istiqamətində reys təşkil edilib, Ər-Riyad – Bakı reysi həyata keçirilir”, – deyə H.Hacıyev əlavə edib.


Prezidentin köməkçisi söyləyib ki, gələn həftə ərzində Doha-Bakı, Moskva-Bakı reysləri olacaq: “Mərkəzi Asiya ölkələrində olan vətəndaşlarımızı birləşdirərək, təxliyyəsi üçün konkret reyslərin təşkili istiqamətində işlər aparılır. Bütün bunlar dövlətimizin vətəndaşlarına diqqət və qayğısının nəticəsidir”.


H.Hacıyev onu da qeyd edib ki, bu reyslər təşkil edilən zaman sanitar-gigiyenik qaydalara əməl olunması şərtdir: “Müəyyən olunan qayda belədir ki, istər Azərbaycan vətəndaşı, istərsə də ölkəmizə gəlmək istəyən xarici ölkə vətəndaşları olsun, mütləq müəyyən olunmuş məntəqələrdə testlərdən keçməlidirlər. Şərtlərdən biri də ondan ibarətdir ki, ölkəmizə gələnlər təyyarənin göyərtəsində xüsusi iltizam sənədi imzalayırlar ki, 14 gün müddətində xüsusi karantin rejimində olacaqlar. Vətəndaşlarımız bunu anlayışla qəbul edirlər. Əsas məqsəd vətəndaşlarımızın, onların ailə üzvlərinin sağlamlığının, cəmiyyətimizin və dövlətimizin qorunmasıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qaçqınkom”da da pozuntular aşkarlandı — RƏSMİ

Next Post

Baş Prokurorluq əsgərin ölümü ilə bağlı məlumat yaydı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Baş Prokurorluq əsgərin ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq əsgərin ölümü ilə bağlı məlumat yaydı

Evdən icazəsiz çıxanların NƏZƏRİNƏ

Evdən icazəsiz çıxanların NƏZƏRİNƏ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.