"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan deputatlarından AŞ PA-nın Türkiyə ilə bağlı qərarına REAKSİYA

02 May 2017 - 13:39
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəni yenidən monitorinq altına alması ilə bağlı qərarını tənqid edib və bunu ikili standartların təzahürü kimi dəyərləndiriblər.

Elchi.az  Trend-ə istinadən xəbər verir ki, deputat Azay Quliyev bildirib ki, AŞ PA-nın Türkiyəyə qarşı bu qərarı hər hansı ciddi arqumentə söykənmir və subyektiv bir qərardır:

“AŞ PA Türkiyədə dövlət çevrilişinə cəhdi qınamadı, bu məsələyə laqeyid yanaşdı. Türkiyənin 1949-cu ildən bəri üzv olduğu bir qurumun belə qərar qəbul etməsi çox üzücüzdür. AŞ PA-nın qərarında deyilir ki, “niyə Türkiyə FETO-çularlı təmizləyir?!”, “Türkiyədə referendum fövqəladə vəziyyətdə keçirilib”. Hər bir ölkə terorizmə qarşı mübarizə aparır və bu addımı atardı. Ötən il Fransada da terror hadisəsi səbəbindən fövqəladə hal elan olundu və bu gün Fransada da seçkilər fövqəladə vəziyyətdə keçirilir. Niyə Fransaya qarşı belə qərar qəbul edilmir?! Məlumdur ki, bəzi qüvvələr Türkiyədən uğursuz dövlət çevrilişinin qisasını çıxırlar”.

Deputat Qənirə Paşayeva AŞ PA-nın belə bir qərar qəbul etməsinə təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, bu qərar bir daha müsəlman ölkələrinə qarşı ikili standartların mövcud olduğunu ortaya qoydu: “Bunu Azərbaycan olaraq hər zaman biz də yaşayırıq. AŞ PA-nın prinsiplərinə görə, quruma üzv olan bir ölkə digər üzv ölkənin ərazisini işğal edə bilməz, lakin Ermənistan illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ancaq AŞ PA ermənistana heç bir təzyiq göstərmir. İndi də Türkiyəyə qarşı bu qərəzli yanaşmanı qınayırıq. İnsanlar bilməlidir ki, bu təşkilatda ikili standartlar höküm sürür”.

Deputat Zahir Oruc da AŞ PA-nın qərarının qərəzli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu qərar qardaş ölkəni nəzarət altına almaq, Türkiyənin müstəqil siyasətini əngəlləmək məqsədi daşıyır: “AŞ PA özünü hər hansı qüvvələrin əlində bir alət kimi aparır, az qala özünü məhkəmə orqanına çevirib. Azərbaycan çox haqlı olaraq bu məsələdə Türkiyə ilə birlikdədir. Çünki AŞPA-da Azərbaycanın əleyhinə olan dairələr də var”.

Deputat Çingiz Qənizadə isə bildirib ki, AŞ PA-nın bu qərarı olduqca bubyektiv bir qərardır və biz bu qərara yox deyirik: “Bu qərar islamafob dairələrin və Türkiyədə uğurlu islahatları gözü götürməyən qüvvələrin maraq dairəsibndədir. Bütün bunlar Türkiyədə referendumun nəticələrini başqa cür arzu edən qüvvələrin ikinci cəbhəsidir. Təbii ki, onları güclü müsəlman dövlətini görmək istəmirlər. Nəzərə alsaq ki, Türkiyə 1949-cu ildən Avropa Şurasının üzvüdür, bu qərar başa düşülən deyil”.

Deputat Siyavuş Novruzov deyib ki, AŞ PA-nın bu qərarında təəccüblü heç nə yoxdur: “Biz dəfələrlə Avropa təşkilatlarının bizə qarşı ədalətsiz qərarlarının şahidi olmuşuq və bu da növbəti ədalətsiz mövqedir. Türkiyənin daxili işlərinə qarışırlar. Seçkilərdə səslərdə fərq çox olur deyirlər ki, anti-demokratik keçirilib, fərq az olur, deyirlər niyə belədir?! Avropa bu cür yanaşma tərzi ilə hara gedir?!”.

Digər deputatlar da AŞ PA-nın qərarını pisləyib və bu qərarın Türkiyənin inkişafını ləngitmək istəyən dairələrin mövqeyi olduğunu vurğulayıblar.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dostunu öldürən şəxs polisə təslim olub

Next Post

Nazir Esmira Əliyevaya yeni vəzifə verdi – FOTO

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Nazir Esmira Əliyevaya yeni vəzifə verdi - FOTO

Deputatları “işdən çıxarmaq” qanunu Milli Məclisin gündəliyindən çıxarıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.